Müsahibə
Qara Qarayev: "Bəxtimiz də gətirdi"
DÇ-2018-in seçmə mərhləsi çərçivəsind…
DÇ-2018-in seçmə mərhləsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) matçından sonra millimzin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Norveçlə oyundan sonra yaxşı ab-hava var idi. Bunu qorumağa çalışırdıq. Ağır oyun oldu. Əsas odu ki, xal qazandıq.
– Qarşılaşmanın ilk dəqiqələrində həyəcanlı görünürdün…
– Xeyr, həyəcan yox idi. Sadəcə, komanda yoldaşlarıma daha çox paslaşıb, topu özümüzdə saxlamaq istəyirdik. Bəzi səhlər oldu. Fikrimcə, normal idi, amma etməməliydim.
– Havanın yağışlı olması bizə, yoxsa rəqibə sərf etdi?
– Bu, tempin sürətli olmasına şərait yaradırdı. Biz də dayanmırdıq. Havanın soyuq olması daha çox qaçmağımıza səbəb olurdu.
– Azərbaycanın müdafiəsini Avropada ən etibarlılardan saymaq olar?
– Belə düşünmürəm. Son iki oyunda bəxtimiz də gətirdi. Düzdü, əziyyət çəkmişik, amma təkəbbürlüyə ehtiyac yoxdu. Bəzən elə epizodlar olurdu ki, rəqib real şansdan yararlana bilmirdi.
– 3 oyuna 7 xal gözləyirdin?
– Açığı, mənim üçün surpriz oldu.
– Almaniya qalib gəlib, vahid liderliyə yüksəldi. Təəssüflənirsiniz?
– Biz də komanda yoldaşlarımızla zarafat edirdik ki, Almaniyanı özümüzdən irəli buraxdıq. (gülür) Amma sözsüz, Almaniyanın gücü hamıya bəllidi. Biz onlarla rəqabətə çıxmamışıq, özümüzlə rəqabət aparırıq. Daha da çox inkişaf etdirib, nəticə qazanmaq istəyirəm.
CEYHUN ƏLİYEV, Ostrava
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”