Bizi izləyin

Layihə

Mundiala doğru: bizə daha 10 xal lazımdı – NİYƏ DƏ YOX?

Qonşudakı bayrama biganə qalmaq olmaz. Futbol bayramı burnumuzun u…

blank
Qonşudakı bayrama biganə qalmaq olmaz. Futbol bayramı burnumuzun ucunda – Rusiyadadısa, nəyə görə orada olmayaq?
 
AFFA-nın cari seçmə mərhələ üçün seçdiyi “Niyə də yox?” devizi əladı. İnanmaq, mübarizə aparmaq, sonda nail olmaq lazımdı. Ola bilsin, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq çox çətindi, lakin buna cəhd etmək şansını heç kim əlimizdən almayıb. Həm də hər şey bu qədər uğurlu başlayıbsa, həqiqətən: niyə də yox?
 
Eyforiyaya qapılmaq, “xəyalplov” bişirmək lazım deyil. Hələ seçmə oyunlar yeni başlayıb, bir çox komandalar dişini göstərməyə macal tapmayıb, elə həmin Çexiya yenidənqurma mərhələsindədi. Bununla belə, bu da fürsətdi, rəqiblər ayılana kimi uzaqlaşmaq, xal ehtiyatını artırmaq lazımdı.
 
DÇ-2018-ə gedə bilərikmi? Çox çətindi!
 
Reqlamentə görə, hər qrupdan yalnız ilk pillənin sahibləri mundiala birbaşa vəsiqə qazanacaq. Bizim qrupda isə nəinki Almaniyaya bu işdə mane olan, hətta ondan xal alan tapılmayacaq. Bundestim çox güclüdü, bəlkə də final mərhələsinə itkisiz yollanan yeganə komanda olacaq. Ümid qalır qrup ikincisi kimi pley-offlara qatılıb, bəxtini sınamağa. Bəs, buna imkan varmı?
 
DÇ-2014-ün seçmə mərhələsinə nəzər salaq. İndiki kimi, o zaman da 9 qrupda ən zəif nəticə göstərən qrup ikincisi kənarda qalır, digər 8 komanda son döyüşə yollanırdı. Braziliya mundialı ərəfəsində Danimarka ən az xal toplayan qrup ikincisi oldu, digərləri isə 4 cütlük təşkil etdi. O zaman Danimarka 16 xalla arzularının üstündən xətt çəkdisə, qalan 8 komandadan 3-ü 17, 5-i daha çox xal yığa bildi.
 
Deməli, minimal hədd 17-di, daha çox xal yığmaq isə ziyan gətirmir. Bəs, bu psixoloji həddi keçmək imkanımız varmı?
 
3 oyuna 7 xalımız var və bu, o deməkdi ki, qalan 7 oyunda daha 10 xal lazımdı. İndiki halda millimiz 3 turun nəticələrinə görə Avropanın maksimum nəticə göstərən 4 komandasından geri qalır, daha 11 komanda kimi 7 xal toplayıb. Təqvimə baxırıq və məlum olur ki, daha 10 xal toplamaq üçün imkan var və böyük hədəfə doğru əsas addım Belfastda atılmalıdı. Çünki əsas izləyicimiz noyabrda qarşılaşacağımız Şimali İrlandiya olacaq. Ondan sonrakı matçda Almaniyaya uduzmağımız qaçılmaz olduğundan məhz bir ay sonrakı qarşılaşmada yenilməmək şərtdi.
 
Lakin hətta Şimali İrlandiyay məğlubiyyət də millimizi hədəfdən yayındırmamalıdı. Şimali İrlandiyanın da xeyli çətin oyunu var və hazırda əsas rəqibimiz kimi görünən bu komandanı üstələmək üçün şansımız olacaq.
 
Təqvimə nəzər salsaq, görərik ki, Almaniya ilə oyunlarda mümkün 2 məğlubiyyət də xal ehtiyatımızı 17-yə qaldırmağa mane olmamalıdı. Bu baxımdan ev oyunları vacibdi. San-Marino ilə oyunda qələbədən başqa nəticəni ağıla gətirməməli, Şimali İrlandiya və Çexiya ilə ev oyunlarında büdrəməməliyik. Son oyunlar göstərdi ki, bu, mümkündü. Şimali İrlandiya və Norveç səfərlərində isə qazanılan bircə xal bizi xoşbəxt sonluğa aparacaq. Təbii ki, Belfast və ya Osloda heç-heçə üçün oynamaq olmaz, heç kim Bakıda qəfil büdrəməyəcəyimizi deyə bilməz. Ona görə də ortabab və zəif rəqiblərlə bütün görüşlərdə maksimim nəticə üçün döyüşməliyik.
 
Eyni zamanda unutmaq olmaz ki, 17 xal həddi nisbidi. Bu, komandaların nəticələrindən asılı olaraq, azala və ya arta bilər. Hətta 17 xalın qrup ikincisi olmaq üçün yetmədiyi və ya 15 xalla da pley-offa qatılmağın mümkünlüyünü nəzərə almalıyıq.
 
Yuxarıdakı qeydlərimiz heç də eyforiyanın tablosu deyil, reallıqdı. Adi riyazi hesablama ilə perspektivi göz önünə gətirmək olur. Latviya, İslandiya, Albaniya da tarixi uğurlarını məhz belə qazanıb. Bu səbəbdən inanmaq, cəhd göstərmək lazımdı. Bir halda ki, yığmamız 3 turdan sonra top buraxmadan qrup ikincisidi, o zaman niyə də yox?
 
Bu layihəni başlamaqda məqsədimiz heç də utopik arzunun arxasınca düşmək deyil. Millimizin komanda kimi hələ çox çatışmazlığı var. Lakin klublarımızın Avropa arenalarındakı uğurlarından sonra əla stimul qazanmışıq, bunun milli komandaya da sirayət etməsi lazımdı. Futbolçular böyük hədəf üçün heç vaxt olmadığı qədər motivasiyalıdı və bəzən ustalığın çatışmadığı anlarda məhz əzmkarlıq ön plana çıxır. Ev oyunlarında tribunaları dolduracaq azarkeşlər də onlara dayaq olunca arzuları reallaşdıra bilərik. Gəlin, onları ruhdan salmayaq, növbəti 1 il ərzində birgə olaq, dəstək verək. Döyüşləri uduruq, müharibəni udmaq üçün bir hədəfə köklənməyimiz vacibdi. Çünki dəstək verdiyimiz Azərbaycan bayrağını ucaldan milli komandamızdı.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm