Bizi izləyin

Ölkə futbolu

3 günlük “Ostrava yuxusu” – FOTOLAR

Saat 07:40-ı göstərir. 3 günlük “yuxu” so…

blank

Saat 07:40-ı göstərir. 3 günlük “yuxu” sona çatır. Təyyarənin təkərləri yerə dəyir və Vətənə qayıdışı rəsmiləşdirir. Hər kəs çantasını götürüb qayğılı paytaxtımıza qədəm basmağa tələsir. Ki, tezliklə yenidən “yuxu”ya getsin… bu dəfə Şimali İrlandiya “yuxusu”na.

“Mətanət gülü”nün qoxusu, yaxud “yatmış şəhər”

Norveç üzərində qazanılan qələbə bir yuxu idi. Şirin bir yuxu. Milli komandamız bununla xal ehtiyatını artırmaq bir yana, özünəinam qazanmışdı. Ostravaya uçmalı olan təyyarəyə minik başlamışdan komanda üzvlərinin əhval-ruhiyyəsi pərakəndə xarakterli idisi, hava gəmisində bunu daha qabarıq şəkildə gördük. Bəli, 3 günlük fasiləylə oynamaq millimiz üçün çətin idi və yorğunluq hər kəsin çöhrəsindən tökülürdü. Ancaq bu yorğunluğun arxasında bir döyüşçü ruhu var idi. Desəydin ki, trapdan düşüb meydana çıxmalısınız, futbolçularımız buna da hazır idilər. 

Uçuşun startından 15 dəqiqə sonrakı “şassi əhvalatı” barədə ətraflı nəql etdiyimdən, yenidən oxucularımızı boyat məlumatla yormaq fikrindən uzağam. 

Ostrava Hava Limanı – sanki qəbristanlığa düşmüşük. Sakitçilik, bir qədər də təlaş. Bu şəhərə bu sayda insanın gəlməsi yerli sərhədçiləri təəccübləndirib. Elə bu üzdəndi ki, hər kəsin pasportunu az qalırlar iynəsinlər. “İylə, qızım, iylə, mətanət gülüdü” – məşhur filmdəki bu ifadə sanki çexiyalı sərhədçilər üçün yazılmışdı. Nəhayət, prosedur başa çatır və biz millimizi bir də ertəsi gün axşam görəcəyik…

Havanın Bakı ölçüləri ilə soyuq olması da bir neçə həmkarımla gecə gəzintisinə çıxmağın qarşısını ala bilmir. Elə yolda bizi yaxalayan qısamüddətli leysan da bizi bu inadımızdan döndərməyə nail olmur. Ancaq saat hələ axşam 10 olmamasına baxmayaraq, sanki “qurbağa gölünə daş atmısan”, şəhər yatıb. Bəhram Bağırzadənin məşhur səhnəcikdəki monoloqunu xatırlayırsınız? “Uyumaq olar e, 1 faiz, 2 faiz. Daha bütün millət uya bilməz ki”… Ostravada isə bütün millət “uyuyordu”. Yox-yox, düşünməyin ki, biz hansısa şəhərkənarı əraziyə getmişdik, düz mərkəzi küçələrdə idik. Yeganə təsəllimiz həftənin bazar günü olması idi ki, bəlkə iş günlərində fərqli mənzərəyə şahidlik edəcəyik. Bəri başdan qeyd edim ki, yanıldıq e, yanıldıq!

“Kəşfiyyatçılar”

Ertəsi gün cari işləri gördükdən sonra 1 gün sonra baş tutacaq “Munisipial” stadionuna baş çəkməyi qərara aldıq. “Komanda”dan olan həmkarım Elnur Həmidovla kəfiyyatımız uğurlu alındı. Əvvəlcə kassalara baş vurduq, sonra isə stadionun ərazisinə. Hə, ikincini həyata keçirmək müşkül məsələ olsa da, PFL-in ölkədaxili yarışları işıqlandırmaq üçün verdiyi vəsiqə işimizə yaradı. Çexiyalı gözətçi vəsiqəni yaxşıca süzdükdən sonra “əraziyə olar, amma tribunaları və meydançanın durumunu əks etdirən fotoloları çəkmək olmaz deyincə, dərhal “əlbəttə” deyib, içəri tələsdik. Çexiyalının gözünü oğurlamaq çətin olmadı. Artıq üçrəngli bayrağımız Ostrava stadionunda dalğalanırdı. Meydançanın durumu göz oxşayırdı. Stadionun ərazisində tennis kortu, qum meydançası və uşaqların əylənməsi üçün meydança salındığına şahidlik etdik. Eyni zamanda fizioterapiya və bərpa üçün tikililəri içəridən seyr etmək fürsətini də boşa vermədik. Stadionun önündəki iki banner də diqqətimizdən yayınmadı: biri fan-kluba, digəri isə qalan azarkeşlər üçün idi. Fan-kluba dair elanda hamının xokkey arenasının qarşısında 17:00-da toplaşacağına dair məlumat əks olunurdu. Sözügedən arenayla stadionun arası piyada 5-7 dəqiqəlik yol təşkil edirdi. Başqa sözlə, fanatlar oyunun startına 3 saat 45 dəqiqə qalmışdan bir araya gəlməli idilər. 

blank

“Sabah ona göstərərik”

Az sonra yenidən bura qayıtmalı idik. Bu dəfə mətbuat konfransı və açıq məşqi işıqlandırmağa. Ancaq ehtiyatda olan 2 saat vaxt kifayət etdi ki, geri dönərkən həm azaq, həm vəziyyətdən çıxaq, həm stadion barədə oxucuları məlumatlandıraq, həm də yenidən qayıdaq.

Konfransları da aktivimizə yaza bilərik. “Ya zəlzələdən, ya vəlvələdən” Karel Yarolim “Robert Prosineçkini məşqçi kimi tanımıram” dedi (ertəsi gün tərcüməçinin qüsura yol verdiyi məlum oldu). Bundan gözəl fürsət ola bilməzdi. Damarında qafqazlı qanı axanı özündən çıxarmaq üçün bir qığılcım yetər. Bəndəniz də konfransda sualı Prosineçkiyə deyil, Rahid Əmirquliyevə ünvanladı: “Yarolim belə deyib? Sabah biz ona Prosineçkinin necə məşqçi olduğunu göstərərik”. Niyə məhz Əmirquliyevə ünvanlanmışdı sual? Çünki xorvatiyalı mütəxəssis diplomatiyanı qoruyacağına şübhəm yox idi. Deməli, komandamızı motivasiya etmək fürsətini qaçıracaqdıq. Həm də axı, ona sual tərcümə olunurdu. Yəni, Robert də bu sualdan lazımı motivasiyasını almışdı. Rahid isə mütləq komanda yoldaşlarına bu sözləri çatdıracaqdı. Qafqazlı qanı isə onsuz da motivasiyalı milli üzvlərimizi bir az da qıcıqlandıracaqdı.

Azadlıq zooparkdan başlayır

blank

blank

blank
Oyun günü. Ostrava səması “göz yaşları”nı saxlaya bilmir. Yağış bir anlıq belə səngimir. Ancaq bir neçə həmkarımla ötən il Bolqarıstanda təməlini qoyduğumuz ənənəyə sadiq qalaraq, Ostrava heyvanxanasına baş çəkdik. Zoopark nə zoopark!? Meşənin içində qurulan bu “heyvan evləri” kiçik bir şəhərdi. Boz, soyuq yerli əhalidən fərqli, zooparkda özümüzü daha məmnun hiss edirdik. Ümumiyyətlə,belə bir qənaətə gəldim ki, bir xalqın nə dərəcədə azad olmasını görmək üçün həmin şəhərin heyvanxanasına baş çəkmək gərəkdi. Əgər heyvanlar üçün 3 saat dolaşdığımız və yenə də hər yerini görə bilmədiyimiz bir ərazi ayrılıbsa, deməli insanlara bundan da çox azadlıq verilir…

blank

“ÇP”

Nəhayət, stadiona yetişdik. Bəndənizi qayğılandıran bir məqam var idi. Akkreditasiya mətbuat zalında qalmışdı. İçəri necə daxil olacam? İndi stadionda olduğumuz 3 saat ərzində nə cür işləyəcəm? Mətbuat konfranslarında bizə tərcüməçilik edən yoldaşın vasitəsi ilə Çexiya yığmasının mətbuat katibindən kömək istədikdə, çiyinlərini atıb “yox, siz stadiona daxil ola bilməyəcəksiniz dedi”. Ancaq o, hardan biləydi ki, dadıma yenə də PFL vəsiqəsi çatacaq. Qısası, bütün “sərhəd-keçid məntəqələri”ndə “salamatçılıq” oldu.

blank

AFFA rəhbərliyinin “sarı simi”

Oyun barədə qısa fikir bildirmək millimizə qarşı ədalətsizlik olar. Bu üzdən də daha bir yazıya zərurət duyacağıq. Hələliksə, qolsuz bərabərliklə nəticələnən matçın final fitindən sonrakı anlar barədə. AFFA prezidenti Rövnəq Abdullayev təbrikləri qəbul edir. Mediaya bir neçə kəlmə deyəndən sonra isə baş katib Karel Yarolimin Prosineçkini tanımamasını xatırladır. Aha, demək ki, AFFA rəsmilərinin də “sarı simi”nə toxunmuşduq… Daha sonra AFFA prezidenti də Yarolimə qiyabi məsləhət verməyi unutmadı: “Heç kimə yuxarıdan aşağı baxmaq lazım deyil. Baxanda yekun belə olur”.

blank

Belə ola həmişə

Daha sonra milli üzvlərimiz miks-zonadan keçir. Yorğun, ancaq hələ də gözləri alışıb-yanan. Kapitan Rəşad Sadıqovun meydanda olmamasına baxmayaraq, “futbolinfo”ya dediyi bir cümləni bu yazı üçün saxlamışdım: “Final fiti səsləndi haa… Bax, o zaman görürdüm ki, əlavə 30 dəqiqə təyin edilsə, uşaqlar yenə də vuruşmağa hazırdılar”. Bu, gəlişigözəl söz deyildi, həqiqətən futbolçularımız buna qadir idilər: 11 cəngavər meydanda və ehtiyat oyunçular skamyasında oturan onları hər an əvəz etməyə hazır döyüşçülər.

Ostrava yağışı səngimək bilmir. Azərbaycan heyətini aparan avtobuslar hava limanına üz tutur. Medianı daşıyan nəqliyyat vasitəsində qələbəlikdi. Hamı sevinc hisslərini bölüşür, qaynar başla təhlil aparır. “CBC-Sport”dan olan həmkarlarımız avtobusda da süjet hazırlayır: Çexiyaya gedən jurnalistlər qısa şəkildə oyun barədə fikirlərini bildirir.

Şirin yuxu sona çatmasın

Nəhayət, hava limanına çatırıq. İndi 2 arzumuz var: 1) heç bir macərasız Bakıya çataq 2) tezliklə yuxuya gedək. Niyə? Çünki 3 gün ərzində “yatmış şəhər”də yatmaq bilmədik. Çünki Ostravaya gedərkən, yuxuya bənzəyən arzularımız çin çıxdı. Çünki…

Saat 07:40-ı göstərir. 3 günlük “yuxu” sona çatır. Təyyarənin təkərləri yerə dəyir və Vətənə qayıdışı rəsmiləşdirir. Hər kəs çantasını götürüb qayğılı paytaxtımıza qədəm basmağa tələsir. Ki, tezliklə yenidən “yuxu”ya getsin… bu dəfə Şimali İrlandiya “yuxusu”na.

CEYHUN ƏLİYEV, Bakı – Ostrava – Bakı

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm