Ölkə futbolu
Qəbələdə 8 qol
Topaz Premyer Liqasının 8-ci turunun hazırlıqlarını davam etdir?…
Topaz Premyer Liqasının 8-ci turunun hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb.
Əsas komanda Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Elvin Camalov, Teo Uiks, Roman Hüseynov, Filip Ozobiç, Asif Məmmədov, Baqali Dabo.
Qriqorçuk matçın gedişində Rəşad Eyyubov, David Pietrzkieviç, Sadiq Quliyev, Tellur Mütəllimov, Murad Musayev, Petar Franyiç, Qismət Alıyev, Ramil Hasanov, Ehtiram Şahverdiyev və Hacıaqa Hacıyevə də şans verib.
4 qolun vurulduğu ilk 45 dəqiqə əsas komandanın üstünlüyü ilə başa çatıb. Roman Hüseynov, Ürfan Abbasov və Rəşad Eyyubovun qollarına əvəzedicilər bir topla cavab verə bilib. Fasilədən sonra daha 4 qol qeydə alınıb. Ramil və Petar hərəyə 1, Qismət isə 2 dəfə əvəzedicilərin qapısına yol tapıb. Beləliklə, əsas və əvəzedici komandaların oyununda birincilər 7:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Qəbələ” 8-ci turda “İnter”lə görüşəcək. Əvəzedicilər oktyabrın 14-də, əsas komandalar isə ertəsi gün üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?