Ölkə futbolu
"Araz" UEFA Kubokunun elit mərhələsinə vəsiqə qazandı
Makedoniyada təşkil olunan futzal üzrə UEFA kubokunun əsas m?…
Makedoniyada təşkil olunan futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu "Araz"ın yer aldığı qrupda daha bir oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, meydan sahibi olan ölkənin çempionu "Jelezarets" Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb.
Qonşu ölkə təmsilçisi meydan sahiblərinə futzal dərsi keçiblər – 10:0. Məhz bu nəticə "Araz"ı son turun nəticələrindən asılı olmayaraq, UEFA Kubokunun elit mərhələsinə çıxarıb.
Qeyd edək ki, "Araz" ilk turda "Tiflis Dövlət Universiteti"nə 7:1, daha sonra isə Kosovo çempionu "Feniks"ə 1:0 hesabı ilə qalib gələrək, 6 xalla qrup lideridir. Son turda təmsilçimizi meydan sahibi "Jelezarets"lə görüş gözləyir. "Feniks" və TDU-nun isə 3 xalı var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?