Bizi izləyin

Milli komanda

11 oğul istərəm

Bakıda saat 04:18-i göstərir. Ostrava – Bakı aviareysi lazım?…

blank

Bakıda saat 04:18-i göstərir. Ostrava – Bakı aviareysi lazımı hündürlüyü yığıb. Salonda möhtəşəm atmosfer var. Milli futbolçularımızın çöhrəsindən ikili hisslər sezilir: sevinc və yorğunluq. Sevinc yorğunluğa yamanca uduzur. 95 dəqiqə ərzində Çexiya yığmasının təzyiqinə tab gətirmək olduqca çətin idi. Ancaq biri var nəyisə televizordan, lap elə stadiondan izləyib, çıxıb gedəsən, biri də var bu döyüşdən sonra futbolçuarımızın nə qədər enerji sərf etməsini az qala iliyinlə hiss edəsən.

Kamran Ağayev həmişə olduğu kimi, şən zarafatlarından qalmır. Hələ Ostrava Hava Limanında "Boavişta"nın çərçivə qoruyucusunun yorğunluğunu hansı məharətlə gizlətməyi bacardığını sezmək çətin deyildi. İndi Kamran zarafat edə bilər. Meydanda isə bir aslan idi, Çexiya yığmasının istənilən futbolçusunu parçalamağa hazır olar aslan!

Elə hava limanındakı bircə epizodu bölüşüm: "Ani topu nəzarətdən itirdim. Anladım ki, zərbə qaçılmazdı. Gövdəmi zərbəyə qarşı tam açdım. Məsafə 5-6 metr idi". Təsəvvür edirsiniz, 5-6 metr məsafədən zərbənin qarşısına Matrosov kimi atılmaq nə deməkdi!? Kamranı bəzən çıxış etdiyi klublarda sabit oynamamaqda günahlandırırlar. İndi isə o, faktiki olaraq, özünü "ələ verdi": bu ölkə üçün istənilən gücdə zərbənin qarşısına sinəsini sipər etməyə hazırdı. Bu, yalnız bayraq uğrunda döyüşdə baş tutur. Cari seçmə tsikldəki 270 dəqiqə ərzində qapısının toxunulmazlığını təmin etməsinin səbəbi də budu.

Ancaq Kamranı bu qədər qabartmaqla, heç də müdafiə xəttimizi unutmuruq. Maksim Medvedev – Norveçin "qəbirqazan"ı bu seçmə tsikldə doğma cinahına həsrət qalıb. Ancaq kimin dili çevrilər desin ki, "Qarabağ"ın futbolçusu yad mövqedə keyfiyyətsiz oynayıb. “Maks” sanki mərkəz müdafiəçisi olmaq üçün doğulub. Həmin axşam da Çexiya azarkeşi Medvedevin "pəncəsi"ni üzərində hiss etdi: yetənə yetirdi, yetməyənə daş atırdı bizim “Maks”…

Ostravada "Böyük kapitan" meydana çıxa bilmədi. Final fitindən sonra "futbolinfo"ya dediyi ifadəni xatırlatmaq istəyirik: "Partlayırdım e!". Ancaq Rəşadın hansısa damarında paxıllıq qanı axdığını söyləmək olar? Əsla! O, 0:0-a bəlkə də hamıdan çox sevinirdi. Çünki… məgər buna şübhə edən var ki, onlarla səbəb sadalayaq!?

Rəşadın əsas "naparnik"i Bədavi Hüseynov xeyli müddət idi ki, zədədən əziyyət çəkirdi. Ancaq bu gün ona ehtiyac var idi. Oyun praktikasından əziyyət çəkən mərkəz müdafiəçisi bunu hiss etdirdi? Qətiyyən! Bədavi çıxdı, vuruşdu, uddu! Əlbəttə, məcazi mənada. Amma Hüseynov hansı missiyanı yerinə yetirməli olduğunu dərk etdi və bu ağır yükün öhdəsindən məharətlə gəldi.

Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov. Belə bir gündə bu uşaqları tənqid etmək bir qədər cığallıq olar. Bu yığma indi ancaq dəstək görməlidi. Ən azı noyabradək. Sadəcə, cinah müdafiəçilərimiz üzərlərində daha çox çalışmalıdı. Çalışmalıdı ki, boy komponentində uduzanda, bunu digər üstünlükləri ilə kompensasiya edə bilsinlər.

Ruslan Qurbanov “Qəbələ”yə keçəndən sonra xeyli artırıb. Bunu çexlərlə oyunda da gördük. Hücum xəttinə nə qədər dəstək verirdisə, müdafiəçilərin də dadına çatmağa bir o qədər macal tapırdı. Yorulmaq bilmədi, millimiz üçün canını qoydu. Meydanda ən yaxşılardan biri idi.

Namiq Ələsgərov meydanda olduğu dəqiqələrdə həyəcanını boğa bilmədi. Deyə bilmərik, tribunalar təzyiq edirdi ona, yoxsa Çexiya millisinin futbolçularının adları. Ələsgərovun səviyyəsinə şübhə etmirik. Sadəcə, oktyabrın 11-də oyunu alınmadı. Ancaq komanda elə ona görə komanda adlanır ki, meydandakılar biri-birlərini sığortalasınlar.

Qara Qarayev. Yalnız ilk 10 dəqiqədə istedadlı futbolçumuzun oyunu alınmırdı. Ardıcıl 2 səhv və hər iki halda qapımız qarşısında ciddi təhlükələr. Bəs, sonra? Sonra isə Qarayev rəqiblərini o qədər bezdirdi ki, ikinci hissənin son 20 dəqiqəsində ümumiyyətlə, mərkəzdən hücum etməyi unutdular. Əsl qarışqa zəhməti nümayiş etdirən “Qarabağ”ın Qarası az qala final fitindən sonra da meydandan çıxmaq istəmirdi.

Rahid Əmirquliyevlə Dmitri Nazarov. Əksər komanda yoldaşları kimi, onların da debütdə oyunu istənilən səviyyədə deyildi. Ancaq dəqiqələr ötdükcə özünəinam hissi artmağa başladı. Bu tandem hücuma növbələşmə prinsipi ilə qoşulurdu. Ancaq hər bu cür qoşulma meydan sahiblərinə həyəcanlı anlar yaşadırdı. Qısası, mərkəz yarımmüdafiəçilərimiz səfər modeli və rəqibi nəzərə aldıqda, ən xoş sözlərə layiqdilər.

Nəhayət, qol vurmadan qəhrəmana çevrilən 19 yaşlı vunderkindimiz barədə. Ramil Şeydayev hamının yerinə qaçdı. Topla rəftarı, hava mübarizələrində ucaboy çexləri mat etməsi, komanda yoldaşlarına zona açmaq məharəti, təkbətək mübarizələrdən çəkinməməsi – bütün bunlar Ramilin vizit vərəqəsidi. Bu uşaq soyuq Ostravada qaynar ürəyini qoydu. Bəli, qol vurmaq üçün şansları qaçırdı. Ancaq buna görə onu tənqid etmək olarmı? Şeydayev komandamızın heyətində ən yaxşılardan idi. Bircə çatışmazlığı həddən artıq təvazökar olmasıdı. Yəqin ki, daha təcrübəli futbolçularımız onun açılışması üçün lazımı dəstəyi göstərər.

Sonradan oyuna daxil olan Araz Abdullayev, Ağabala Ramazanov və Eddi İsrafilov ümumi mənzərəni korlamadılar və yekun nəticəyə öz paylarını əlavə etdilər.

Nəhayət, Robert Prosineçki barədə. Xorvatiyalı mütəxəssis bu komandaya o qədər inanıb ki, artıq futbolçularını da, azarkeşlərimizi də “xəstələndirib”. İndi hamı bir ağızdan “niyə də yox” deyir. Biz də deyək: vallah, hə!

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm