Ölkə futbolu
Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələ oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya &c…
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Əliyar Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, noyabrın 13-də Kipr – Cəbəllütariq, İsveçrə – Farer adaları, Macarıstan – Andorra, Bolqarıstan – Belarus, Luksemburq – Hollandiya, Portuqaliya – Latviya, Belçika – Estoniya və Yunanıstan – Bosniya və Herseqovina oyunları keçiriləcək. (Report)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…