I Liqa
Rəqibi vuran futbolçuya 4 oyun cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Mil-Muğan” – “Şəmkir” matçında “Şəmkir”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Energetik” – “Şərurspor” matçında “Energetik”in 4, “Şərurspor”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Energetik”in futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 60-ci dəqiqəsində “Energetik”in futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.