Dünya futbolu
Ramil Şeydayev bir hissə oynadı, "Trabzonspor" mərhələ keçdi
Futbol üzrə Türkiyə Kubokunda üçüncü…
Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti sınağına çıxıb.
Trabzon klubu səfərdə aşağı liqa təmsilçisi "Çorum Belediyespor"la qarşılaşıb. Oyunda hesablı çorumlular açıblar. Trabzonlular bu qola yalnız matçın 85-ci dəqiqəsində cavab verə biliblər. Nəticədə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 109-cu dəqiqədə qələbə qoluna imza atan futbolçumuzun komandası meydanı qalib tərk edərək, mərhələ adlayıb – 2:1.
Qeyd edək ki, baş məşqç i Ərsun Yanal Şeydayevi bu oyunda start heyətdə meydana buraxıb. Amma görünür etimadı doğrultmayan Ramil fasilədə əvəzlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?