Ölkə futbolu
"Qəbələ" Rafael Santosu da itirdi
Zədəli futbolçuların çoxluğundan əziyyət ç?…
Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Qəbələ”nin daha bir üzvü sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, bu, müdafiəçi Rafael Santosdu.
Brazilyalı arxa xətt oyunçusunun 2 gün əvvəl ölkə çempionatı çərçivəsində “Sumqayıt”la keçirilən matçda burnu sınıb. Onun növbəti turda həftəsonu “Neftçi” ilə ölkə çempionatı və noyabrın 3-də “Sent Etyen”lə Avroliqa matçında iştirakı sual altındadı. Bu sözləri zədə səbəbindən müalicə alan Sergey Zenyov və Baqali Daboya da şamil etmək olar.
Əvəzində Rəşad Sadiqov, Nika Kvekveskiri və Elvin Camalovdan xoş xəbər var. Adıçəkilənlər artıq zədəsini sağaldıb, komanda ilə bir yerdə məşqlərə başlayıblar. Onların böyük ölçüdə növbəti matçlarda iştirak etmək şansları var.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”