Dünya futbolu
"Trabzonspor" Ramil Şeydayevə "Audi" hədiyyə etdi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil ?…
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Trabzonspor" klubunun futbolçuları yeni avtomobillərlə təmin olunublar. Futbolinfo.az xəbər verir ki, sponsorla yeni müqaviləyə əsasən, 12 "Audi" markalı maşın Trabzon klubuna təqdim olunub.
Klub rəhbərliyi də həmin maşınları əsas heyətin texniki işçilərinə və futbolçularına təqdim edib. Yeni avtomobilə yiyələnənlər arasında həmyerlimiz Ramil Şeydayev də var.
Qeyd edək ki, maşınlardan 9-u A-3, 2-i A-4 və biri A-7 modelidir.