Bizi izləyin

Ölkə futbolu

Bataqlıqdan gülüstana: məğlubedilməz komandanın birillik yolu

“İnter”də Rəşad Qasımov erası başa çatdı. &…

blank

“İnter”də Rəşad Qasımov erası başa çatdı. Ötən ilin son ayında prezident vəzifəsinə təyin olunan ötənlərin məşhur futbolçusu Müzəffər Qasimovun oğlu  bu postda Georgi Nikolovdan qalan mirasa sahib çıxmalı oldu.

Miras deyərkən, dəqiqləşdirmə edək ki, ona nə çempion heyət, nə də hansısa möhtəşəm büdcə təhvil verilmişdi. Əksinə, Qasımov dağılmaq üzrə olan bir klubu qəbul etmişdi. Həmin dövrdə klubu qəbul etməyin iki adı ola bilərdi: ağılsızlıq, yaxud da çağırış.

Borc içində batan “İnter”in bütün futbolçularına və texniki heyətinə verəcəklərindən savayı, FİFA-ya rəsmi müraciət edən şikayətçilərinin sayı-hesabı da itmişdi. Komandanın kapitanı Nizami Hacıyevin “hər gün kartdakı hesabı yoxlayırıq ki, bəlkə hansısa ay üçün məvaciblərimizi köçürüblər”, deməsi isə artıq lətifəyə çevrilmişdi.

Rəşad Qasımovun əyləşdiyi kreslo Böyük Vətən Müharibəsi dönəmindəki Stalinqradı xatırladırdı: hər tərəfdən basqı. Gənc prezidentin bu təzyiqlər altında olması bir tərəfə, UEFA-dan da sanksiya alması tamamilə iflic vəziyyətinə səbəb oldu: “İnter” növbəti avrokubok mövsümünü buraxmalı idi. Bu isə o demək idi ki, futbolçuların motivasiyası da öləcəkdi. Axı, qitəmiqyaslı yarışa qatılmayan komandanın daxili çempionatda hansı marağı ola bilər? Ancaq məsələ burasında idi ki, klub avrokubok zonasına düşə bilməsə, növbəti mövsüm də eyni sanksiya qüvvədə qalacaqdı. Deməli, mövcud borcları ödəməklə yanaşı, futbolçulara hansısa şəkildə motivasiya da vermək lazım idi. Yükün ağırlığını sözlə ifadə etmək mümkün deyil.

Klub prezidentinin hansı ardıcıllığı seçdiyini deyə bilmərik. Ancaq fakt budu ki, borclu olduqları bütün insanlara eyni təklif irəli sürüldü: “Müəyyən güzəştlər edirsiniz və sizə veriləcək məbləği hissə-hissə ödəyəcəyik”.

Həmin dövrdə Qasımovla müsahibə götürmüşdük. Klub rəhbəri “biz FİFA-ya şikayət edənlərlə etməyənlər arasında fərq qoymayacağıq. Axı, əgər şikayətçiləri qabağa salsaq, digərlərinə hörmətsizlik etmiş olarıq. Ali futbol qurumuna müraciət edənlər digərlərindən artıq deyillər”, açıqlamasını verməklə səmimiyyətini ortaya qoymuşdu. 

Klub avrokubok zonasına düşməyi bacarmaqla yanaşı, borclarının da hissə-hissə ödənilməsi üçün bütün kreditorlarının razılığını almağı bacardı. Bunu həyata keçirmək üçün menecment və idarəçilik bacarığın ən yüksək səviyyədə olmalıdı ki, Rəşad bəy öz sahəsinin ası olduğunu sübuta yetirdi.

Etdikləri ilə yanaşı, o daha bir inqilabi addıma nail oldu: “İnter” artıq “əcnəbi klub sayılmır. Klubun divarları belə rusca danışdığı dönəm artıq arxada qalıb və bunda heç şübhəsiz ki, Qasımov faktoru həlledici olub.

Yayda komandaya edilən transferlər nə qədər qürurverici idisə, bir o qədər də təhlükəli idi. Bütün iddialı klublar əcnəbi oyunçuları gətirdiyi halda, “İnter” sıralarını yerli futbolçularla zənginləşdirirdi. Klub rəhbərliyi yetişdirdiyi yerli gəncləri də unutmurdu. Neçə-neçə futbolçu əvəzedici heyətdən əsas komandaya cəlb olundu və bu gün də “bankirlər”in oyun sisteminin ayrılmaz bir parçasına çevrilib!? 

Hamı səbrsizliklə bu eksperimentin nəticəsini gözləyirdi. Pessimistlər (bura əksəriyyət daxil idi) “İnter”in batacağını proqnozlaşdırırdı. Lakin “İnter” gözlənilmədən parladı. Yerli uşaqlara güvənən klub rəhbərliyi bu psixoloji gedişin müsbət bəhrəsini gördü: azərbaycanlı futbolçular biri-birlərinə dayaq oldu, vahid ailə olduqlarını hər oyunda nümayiş etdirməyə başladılar.

Elə bunun nəticəsidi ki, “İnter” cari mövsümdə dəfələrlə məğlub duruma düşüb, lakin sınmayıb, əzmkarlıq nümayiş etdirərək, oyunda dönüş yaratmağı bacarıb. Elə bunun nəticəsidi ki, “İnter” keçirdiyi 9 oyunun heç birində məğlub olmayıb. Elə bunun nəticəsidi ki, mövsümün əvvəlində əksəriyyətin ciddiyə almadığı “İnter” indi inamla ilk “3-lük”də qərarlaşıb.

Klub bütün borclarını da bağlayıb. Futbolçular da vaxtı-vaxtında maaşlarını alırlar. Artıq Nizami Hacıyev də maaş kartını yoxlamaq üçün gündəlik bankomat qarşısına qaçmır. “İnter” işlək mexanizmə dönüb, saat kimi dəqiq işləyən mexanizmə.

Və bu vaxt Rəşad Qasımov postundan ayrılır. Hansısa mülahizələr irəli sürmək olar. Ancaq bununla heç nə dəyişməyəcək. İstefa qərarı verilib və rəhbərlik səviyyəsində qəbul olunub.

Onun rəhbərliyi altında klubun son oyunu bazar günü doğma arenada “Sumqayıt”a qarşı baş tutacaq. Futbolçular, məşqçi heyəti üçün prezident yox, böyük qardaş, dost olan Qasımov üçün ayrılıq matçı ayın 30-da baş tutacaq. Bu görüşün onun üçün nüfuz və məhəbbət obrazında olacağına şübhəmiz yoxdu. Bir ilə yaxın müddətdə etdiklərini futbolçular da yəqin ki, unutmayıblar. Bu dəfə növbə onlarındı ki, prezidentlərinə olan məhəbbətlərini onun son matçında nümayiş etdirsinlər. Elə “İnter” fanatları da yəqin ki, bu oyuna hansısa vida bannerləri ilə gələcəklər. Hər halda, komandanın bu oyunu Rəşad Qasımova həsr edəcəyini düşünürük. Kreslonu boşaldan prezident öz zəhməti və onlara göstərdiyi qayğıyla bunu haqq edib.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm