Dünya futbolu
Əzizov oynadı, komandası qalib gəldi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 12-ci…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Utrext"in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ziya bu görüşün 70-ci dəqiqəsində meydana çıxıb. O, 75-ci dəqiqədə sarı vərəqə alıb. 78-ci dəqiqədə isə komandası qələbə qolunu vurub.
Qeyd edək ki, "Den Boş" 12 turdan sonra 14 xalla 20 komanda arasında 14-cüdür.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü