Ölkə futbolu
MFL-də istedad seçmək imkanı!
Mini Futbol Liqasında 3 tur arxada qalıb. 42 komandanın 2 kon…
Mini Futbol Liqasında 3 tur arxada qalıb. 42 komandanın 2 konferensiyada gücünü sınadığı yarış hələlik “Futbolinfo” üçün uğursuz keçir. Saytımızın komandası xal qazana bilməyən kollektivlər sırasındadı.
Təbii ki, bu vəziyyət üzücüdü və qarşıdakı turlarda əsl gücümüzü ortaya qoyacağıq. Komandanın bir araya çox gec gəlməsi, hazırlıq keşmək üçün zamanının olmaması belə nəticələri şərtləndirdi. Qarşıda 17 tur var və mövsümün yekununa kimi layiq olduğumuz yerlərə gələcəyik.
Lakin nəticələrimizin pis olmasında MFL-dəki gərgin mübarizə də böyük rol oynayır. Yarış həvəskarlar arasında olsa da, mübarizə pik həddədi, çox əla səviyyədə olan komandalar bir araya gəlib. Rəqaiblər o qədər güclüdü ki, milli komandamızın sabiq üzvləri olan Samir Əliyevlə Arif Əsədovun “Futbolinfo” forması geyməsi də bizə kömək etmir. Düzdü, adını çəkdiyimiz veteranlar yalnız bir matçda bizə kömək edib, həmin görüşdə də məğlubiyyət onların deyil, komandanın digər üzvlərinin zəif çıxışı üzündən reallaşıb.
Bununla yanaşı, rəqiblərin gücünü də qeyd etməliyik. MFL-də elə komandalar var ki, asanlıqla ölkə çempionatının güclülər dəstəsində oynaya, mükafatlara iddia edə bilər. Məhəllələrdən yığılan bir çox komandaların heyətində mini-futbolun ulduzu ola biləcək gənclər var. Təşkilatçıların başlıca məqsədi də futbol həvəskarlarının asudə vaxtını səmərəli keçirməsinə kömək etmək, eləcə də belə bacarıqlıları üzə çıxarmaqdı.
Təəssüf doğuran məqam futzal klublarımızın məşqçilərinin bu yarışa biganə qalmasıdı. Çünki yarışda onların komandalarınıgücləndirə biləcək xeyli istedad var. Hətta bəziləri ilə ciddi məşq prosesi aparılsa, onlar milli komandaya kimi yüksələ bilərlər. Braziliyalılardan qurulmuş əsas yığmamızın legionerlərdən asılı olmaması üçün də bu, vacibdi. Amma nədənsə futzal başbilənlərimiz buna inanmaq istəmir. Halbuki bir neçə oyunu izlədikdən sonra onlar da buna əmin ola bilərlər.
MFL-də yarış davam edir, təşkilatçılar hər həftə hansısa yeniliklə yadda qalırlar. İndi də “feysbuk” izləyiciləri üçün "crossbar challenge" elan edilib. Eyni yarış liqanın komandaları arasında da keçiriləcək.
Belə ki, qapıya zərbəni düzgün hesablayan və topu düz qapının dirəyinə göndərə bilənlər arasında yarış təşkil olunacaq. Əyləncəli yarışda qalib olanlar keyfiyyətli idman brendlərini təqdim edən “GoSport” mağazasından müxtəlif endirim qazanacaq!
Təbii ki, bu yarışda xüsusi istedadı olanlar qalib gəlir, onlar isə MFL-də kifayət qədərdi. Futzal klublarımızın məşqçiləri həm də onları izləyə, özləri üçün perspektivli gəncləri seçə bilərlər.
CAVAD
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü