Ölkə futbolu
Şüvəlanda gərginlik
Premyer Liqanın 10-cu turu çərçivəsində keçir…
Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən AZAL – "Qarabağ" matçında gərginlik yaşanıb. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın azarkeşləri ilə polislər arasında münaqişə baş verib.
Belə ki, ağdamlı azarkeşlərdən biri "təyyarəçilər"in futbolçusunu təhqir edib. Nəticədə bu söyüşləri VIP tribunada yer alan AZAL-ın oyunçusu İlqar Ələkbərov eşidərək Şüvəlan təmsilçisinin rəhbərliyinə bildirib. Hadisəyə müdaxilə edən komandanın mətbuat katibi Eldəniz Yusifov polislərə göstəriş verib ki, həmin fanat tribunadan uzaqlaşdırılırsın. Amma tərəflər arasında gərginlikdən sonra həmin azarkeşə ciddi xəbərdarlıq edərək, ona əyləşməyi göstəriş verib. Bundan sonra sakitçilik yaranıb.
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı