Müsahibə
Maksim Medvedev: "Rəqib çox çirkin futbol oynayırdı"
Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ” s?…
Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ” səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, matçdan sonra "Qarabağ”ın futbolçusu Maksim Medvedev fikirlərini bildirib:
– Bu gün çempionatın ən vacib oyunlarından birinə çıxmışdıq. Bilirdik ki, rəqib bizə oynamağa imkan verməyəcək. AZAL-ın aqressiv futbol oynadığını da bilirik. Bizdə çox şeylər alınmırdı. Sonda Dani ustalıq səviyyəsini nümayiş etdirdi və Muaremə yaxşı ötürmə verdi. Muarem isə öz növbəsində qol vurmağı bacardı. Hesabda önə keçdikdən sonra, oyunumuz bir qədər sakitləşdi, tələsik oynamırdıq. Yəni, öz oyunumuzu oynayırdıq.
– Bu gün 1:0 hesablı qələbə qazandınız. Bunu arxayınlıqla əlaqələndirmək olar?
– İlk dövrədəki oyunda AZAL-a qarşı başqa heyətlə oynayırdıq. Həm də, ilk dövrədəki maçtda ot örtüyü yaxşı vəziyyətdə idi. Böyük hesablı məğlubiyyətlər istənilən komandaya təsir edir. Rəqib çox çirkin futbol oynayırdı və biz özümüzü qorumağa çalışırdıq. Çünki gələcəkdə önəmli oyunlarımız var.
– Komanda PAOK-la oyuna nə dərəcədə hazırdı?
– Sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacağıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Zədəlilərimiz də qayıdır, ancaq Rəşad Sadıqovun durumu sual altındadı. İnanıram ki, Rəşad da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, PAOK-la oyunda layiqli mübarizə apara biləcik.
– İlk oyunda PAOK üzərində qələbə qazandınız, arxayınlıq yoxdu?
– Rəqib öz meydanında, öz azarkeşləri qarşısında oynayacaq. Biz oyuna yalnız qələbə üçün çıxacağıq. Bizi orda bəzi sürprizlər də gözləyə bilər.
– Saloniki atmosferi sizə təsir etməyəcək?
– İnanmıram. "Borussiya”ya qarşı oynamışıq, böyük klubların azarkeşlərini də görmüşük. Artıq azarkeşlər bizi qorxutmur. Salonikidə özümüzü evimizdəki kimi hiss etməyə çalışacağıq.
– Səfərdən 1 xalla qayıtmaq sizin üçün sərfəli nəticədi?
– Bəli. Məncə, uğurlu nəticə saymaq olar.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?