Bizi izləyin

Layihə

Belfastdan xal(lar)la qayıtmaq olar – NİYƏ DƏ YOX?

Milli komandamızın Şimali İrlandiyaya qarşı dünya çe…

blank
Milli komandamızın Şimali İrlandiyaya qarşı dünya çempionatının seçmə qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq oyununa 3 gün qalır. Cari tsiklə əla başlayan Robert Prosineçkinin yetirmələri bu gün Belfasta yola düşüb.
 
İlk 3 qarşılaşmada San-Marino və Norveçi məğlub edən, Çexiya ilə heç-heçəyə imza atan yığmamız tarixində ilk dəfə qrup ikinciliyinə iddiasını ortaya qoyub. Bu yolda Belfastda noyabrın 11-də baş tutacaq oyun millimiz üçün olduqca böyük önəm kəsb edir. Çünki bu görüşün dəyəri 6 xaldı. Hazırda yığmamızdan 3 xal geridə olan Maykl O Nilin rəhbərlik etdiyi komanda qalib gələcəyi təqdirdə turnir cədvəlinin 2-ci pilləsinə yüksələcək.
 
Aydın məsələdi ki, “Uindzor Park”dan futbolçularımız 3 xalla ayrılsa, qısa marafon olduğunu nəzərə alsaq, bu komandalar arasında xal fərqi astronomik həddə çatacaq. Bəs, rəqib düşərgədən kimlərdən ehtiyatlanmalı, hansı taktiki sxemdən istifadə etməli, rəqib qapısının torunu silkələmək üçün hansı addımları atmalıyıq ki, daha faydalı olsun?
 
Britaniyalıların sıralarına nəzər saldıqda, ən çox diqqətçəkən fiqur komandanın kapitanı Stiven Devisdi. İngiltərə “Sautgempton”unda forma geyinən mərkəz yarımmüdafiəçisi Şimali İrlandiya millisinin düşünən beynidi. Milli formada meydana çıxdığı 90 qarşılaşmada o, 9 qola imza atıb. Bəstəboy yarımmüdafiəçinin (172 sm) əsas kozırı dirijorluq bacarığıdı.
 
İngiltərədə çıxış edən və Şimali İrlandıya yığmasının aparıcı fiqurlarından sayılan daha bir futbolçu Stüart Dallasdı. Onun cinah reydləri və sonradan cərimə meydançasına hava ötürmələri istənilən rəqib üçün başağrısına çevrilir. Bu üzdən də Maksim Medvedevin (Rəşad Sadıqovla Bədavi Hüseynovun mərkəz müdafiəçisi mövqeyində oynayacaqları təqdirdə) üzərinə böyük yük düşəcək.
 
Belədə, sağ cinah yarımmüdafiəçisi mövqeyinin hansı futbolçumuza tapşırılacağı olduqca böyük önəm kəsb edir. Etiraf edək ki, Çexiya ilə səfər qarşılaşmasında Namiq Ələsgərov komandamızın sıralarında ən zəif bənd idi. Elə son “Zirə” matçında da “Qarabağ”ın vingeri təkcə ilk yarıda 9 dəfə top itkisi ilə yadda qaldı ki, Stiven Devisin səviyyəsi ilə “Zirə”dəki futbolçuları müqayisə etmək bir qədər ədalətsizlik olar. Yəqin ki, Prosineçki bu dəfə sağ cinah vingeri mövqeyini daha sürətli və mobil Ruslan Qurbanova etibar edəcək.
 
Sağ vingerimizlə bağlı qeydlər etməyə bizi vadar edən Şimali İrlandiyanın sol cinah müdafiəçisi Şeyn Fergüsondu. Hücuma fəal şəkildə qoşulmağı sevən 25 yaşlı futbolçu da “eyni bulaqdan su içib”: top mütləq havayla cərimə medançasına ötürülməlidi.
 
Ümumiyyətlə, Şimali İrlandiya yığması Britaniya üslubuna sadiq komandadı. Maykl O Nilin komandasının vizit vərəqi cinah hücumları və sonra cərimə meydançasının “2-ci mərtəbəsi”ndə mübarizədi. Maksimin üzərinə düşən yükü yüngülləşdirmək üçün mütləq qaydada Qara Qarayevin bir gözü də sağ cinahımızın üzərində olacaq. Doğrudu, “yaşıllar” mərkəzlə hücum qurmağı sevmir və cərimə meydançamıza bu sahədən basqı ediləcəyini gözləmirik. Lakin bu, o demək deyil ki, Rəşad Sadıqovla Bədavi Hüseynov rahat-rahat bir masa açıb, cərimə meydançamızda qəhvə içə bilərlər. Əksinə, adını çəkdiyimiz tandem xeyli fiziki güc sərf etməli olacaq. Çünki hər hava ötürməsindən sonra, loru dillə desək, tullanıb-düşməli olacaqlar.
 
Nə qədər qəribə səslənsə də, Robert Prosineçkini ən çox qayğılandıran məqam rəqibin hansısa düşünülmüş kombinasiyalarının qarşısını almaq yox, cərimə meydançasına hava ötürmələrinin sayının azaldılması olacaq. Əlbəttə, boy sarıdan britaniyalılara uduzan futbolçularımız üçün əsas yardımçı Kamran Ağayev olacaq. Milli qolkiperimiz hazırda ideal formadadı  və inanmaq istəyərdik ki, cari tsikldəki 270 dəqiqəlik quru seriyasını 360 dəqiqəyə çatdıra biləcək.
 
Rəqib komandanın ağrılı yeri müdafiə xəttidi. Britaniya təmsilçisi 1-ci nömrəylə oynamağı sevmir. Çünki mərkəzdən hücum qurmaqda bu komandanın ciddi sıxıntıları var. Lakin millimizlə görüşdə onlar hücum etməyə məhkumdular. 2 eşelonlu müdafiə xəttini yarmaq üçünsə meydan sahiblərinin texnikası yetərli səviyyədə deyil. Doğrudu, San-Marino ilə matçda Şimali İrlandiya rəqib qapısından 4 cavabsız top keçirib. Lakin “cırtdanlar”ı bugünkü Azərbaycanla müqayisə etmək düzgün olmaz. “Dəmir beton”u yarmaq isə onların dişlərinə görə deyil.
 
Deməli, meydan sahibləri daha böyük qüvvəylə irəli atılmalı olacaq. Nəticədə, Ruslan Qurbanov, Ramil Şeydayev, Ağabala Ramazanov üçün boş zonalar açılacaq. Sürətli futbolçu üçün bundan böyük hədiyyə ola bilməz. Yəqin ki, Prosineçki rəqib qolkiper Maykl Makqovernin ən zəif cəhəti barədə də yetirmələrinə məlumat verəcək. Bu qapıçı topu iki toxunuşla tutmağa alışıb. Yəni, istər uzaqdan zərbələr, istərsə də hava ötürmələri zamanı topu əlindən buraxıb, ikinci hərəkətlə onu tutmağa meyllidi. Deməli, hücumameylli futbolçularımız rəqib qolkiper hər dəfə oyuna müdaxilə etdikdə topa sarı şığımalıdılar. Əvvəla, bu hərəkətləri ilə onu daim psixoloji təzyiq altında saxlayacaqlar, ikincisi də “işləməyən dişləməz”. Yəni, hər dəfə cəhd etsələr, əvvəl-axır bəhrəsini görəcəklər.
 
Əlbəttə, bütün dediklərimiz kağız üzərində qalacaq və hər şey meydanda həll olunacaq. Ancaq rəqibin təhlili və buna uyğun taktikanın seçilməsi uğurun təməlidi. Robert Prosineçkiyə isə inanmamaq üçün heç bir əsasımız yoxdu. Çünki o, bunu ilk 3 qarşılaşmada artıqlaması ilə sübuta yetirib.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm