Ölkə futbolu
AFFA Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyini irəli sürdü
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçi…
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.
Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…