Ölkə futbolu
FIFA referilərimizin siyahısında yeni ad
2017-ci il üçün FIFA referilərinin adları təsdiql?…
2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub. Futbolinfo.az "CBC Sport"a istinadla xəbər verir ki, yeni ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayev də təmsil edəcək.
Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" – "Lusitans" matçına təyinat alıb.
1988-ci il doğumlu Ömər Paşayev 2012-ci ildən Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır. İngilis və rus dillərini mükəmməl bilir.
Qeyd edək ki, Ömər Paşayev müstəqil Azərbaycanın tarixində 13-cü FIFA referisidir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…