Müsahibə
Elxan Abdullayev: "Burada başqa məqsəd var"
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev A…
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şərurspor"a qarşı keçirdikləri oyundan (2:0) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Premyer Liqa ilə Birinci Divizionun səviyyəsi fərqlidi, amma rəqib istəkli idi. Əzmkarlıq hiss olunurdu. "Şərurspor" xoşuma gəldi.
– Araz Abdullayev əksər matçlarda nə əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə verir, nə də ki, özü qol vurur. Sanki futbolçuda bir paxıllıq var…
– Səbəb başqadı. 90 dəqiqə bəzi azarkeşlər onu təhqir edirlər. Onları azarkeş saymıram. Məhz Arazı meydanda 90 dəqiqə saxladım ki, dəstək olsun. Mən bu azarkeşlərin kim olduğunu araşdıracağam. Sizi də 90 dəqiqə söysələr, sizin də oyununuz alınmaz. Belə vəziyyətdə oynamaq çətindi. Bu təzyiq altında çıxış etmək çətindi.
– Rəqib olaraq, "Turan"ı, yoxsa "Zirə"ni görmək istəyərdiz?
– Fərqi yoxdu.
– Azarkeşlə kapitan arasında problemin kökü nədədi?
– Bunu Arazdan soruşmaq lazımdı. Mən bu insanları azarkeş saymıram.
– Arazın zəif çıxışı azarkeşləri söyüş söyməyə vadar edir?
– Heç kimin kimisə təhqir etməyə haqqı yoxdu. Dostsansa, bir yolunu göstər. İlk dəqiqələrdən Arazı söyməyə başlayırlar. Burada artıq başqa məqsəd var.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq