Ölkə kuboku
"Bu söhbət çıxandan bütün futbolçularımız bir-birindən şübhələnir"
Azərbaycan kubokunun 1/8 final matçında keçirilən &qu…
Azərbaycan kubokunun 1/8 final matçında keçirilən "Neftçi" – "Şərurspor" (2:0) matçından sonra qonaqların məşqçisi Fərid Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Maraqlı oyun oldu. "Neftçi" xalqın komandasıdı. Biz də oyuna ciddi hazırlaşmışdıq, 1-ci dəstə Premyer Liqadan geri qalır. Çalışırdıq, rəqibdən geri qalmayaq. Vuruşsaq da, "Neftçi" bizdən bir addım öndə idi.
– "Şərurspor"un adı oyun-alqı satqısında hallanır…
– Dəfələrlə iradlarımızı AFFA rəhbərliyinə – bu söz-söhbətləri çıxardanlara bildirmişik. Videoyazı hər şey deyil. Şübhəli bilinən oyunçularmızın birinin 19, digərinin 21 yaşı var. Oyunumuz göz qabağındadı. Bu söz-söhbətləri çıxaranlardan xahiş edirik, yığışdırsınlar. Bu söhbətlər yayılandan sonra bütün futbolçularımız bir-birindən şübhələnirlər.
– Ümumiyyətlə, divizionda oyun alqı-satqısı varmı?
– Kiminsə haqqına girmək istəmirəm. Sübut yoxdusa, nə deyə bilərəm. Klubumuzun adından yüksək orqanlara səslənirəm ki, bu məsələlərə son qoyulsun və layiqli cəzalansınlar.
ELMAR ABDULLA-ZADƏ