Dünya futbolu
"Traktorsazi" zirvəni əldən verdi
Futbol üzrə İran çempionatında 12-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" doğma meydanda "Padideh"lə oyunda xal itirib və zirvəni əldən verib – 1:1.
Buna həm də Təbrizin digər təmsilçisi "Maşinsazi"nin səfərdə "Persepolis"ə uduzması səbəb olub – 0:1. Çünki "Traktorsazi"ni zirvədə məhz "Persepolis" əvəzləyib.
Daha bir Təbriz klubu – "Göstəriş" isə doğma meydanda "Sepahan"a 2:1 hesabıyla qalib gəlib – 2:1.
12 turdan sonra "Traktorsazi" 16 klub arasında 24 xalla ikincidir. "Göstəriş" 13 xalla 12-ci, "Maşinsazi" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”