Ölkə futbolu
“Maynts”ın baş məşqçisi: “Qəbələ”nin oyununu bəyənirəm"
“Maynts” Avropa Liqasının qrup mərhələsinin son…
“Maynts” Avropa Liqasının qrup mərhələsinin son turunda “Qəbələ”ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “keçilər”in baş məşqçisi Martin Şmidt oyunönəsi fikirlərini bölüşüb:
“İstərdik ki, növbəti mərhələyə yüksələk, amma bacarmadıq. İlk dəfə çıxış etdiyimiz turnir bizə yaxşı təcrübə qazandırdı. Bu qarşılaşmanın heç bir əhəmiyyəti olmasa da, nüfuz, maddi və reytinq baxımından qalib gəlməyə çalışacağıq. Daha çox gənc oyunçulara şans verəcəm. Amma B və ya C komandası ilə meydana çıxmaq fikrimiz yoxdur. “Qəbələ” qrupda qalib gəlməsə də, yaxşı oyun sərgiləyir. Onların oyununu bəyənirəm”.
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 22:00-da start götürəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq