Bizi izləyin

Ölkə futbolu

AZAL Premyer Liqada qalır, I diviziondan 4 klub gəlir

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iyunun…

blank
AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iyunun 13-də keçirilən iclasından sonra 2017/2018 mövsümündə Premyer Liqada iştirak edəcək komandaların sayının artırılacağını bəyan etmişdi. Lakin assosiasiya rəhbəri dəqiq rəqəm söyləməmişdi.
 
Toplantıdan sonra jurnalistlərin suallarını cavablandıran Abdullayev, gələn ilə Premyer Liqa üçün 4 komandanın hazır olmasına dair baş katibə göstəriş verdiyini açıqlamışdı. Qərara alınmışdı ki, növbəti mövsümündə çempionat 10, imkan olsa, 12 komandanın iştirakı ilə keçirilsin.
 
Rövnəq bəy həmin vaxt I divizionda çıxış edən 3 komandanın növbəti çempionatda elitada mübarizə aparacağına eyham vurmuşdu: “Zaqatala” klubu artıq ictimailəşib. Dedim ki, o kluba diqqət ayrılsın. Bundan əlavə, İmişlinin klubu ictimai səviyyədədir. Onun da gələn ilə hazır olmasını tapşırdım. Növbəti mövsümdən I divizionda “Səbail” klubu iştirak edəcək. O rayondakı stadion bu komandanın ixtiyarına veriləcək və “Səbail” ictimai səviyyəli klub olacaq”.
 
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, artıq 2017/2018 mövsümündə Premyer Liqada iştirak edəcək komandaların sayı və adları müəyyənləşib. Belə ki, gələn il ölkə çempionatında 12 komanda iştirak edəcək.
 
Cari birinciliyin yekunlarından asılı olmayaraq, Premyer Liqanı heç bir klub tərk etməyəcək. Yəni, sonucu pillədə qərarlaşan AZAL klubu artıq rahat nəfəs ala bilər. Hərçənd “təyyarəçilər”in vitse-prezidenti Fikrət Hüseynov bu barədə bizdən öncə məlumatlandırılıb. Təsadüfi deyil ki, o, Klublar Komitəsinin toplantısından sonra AZAL-ın I diviziona düşməyəcəyinə eyham vurmuşdu.
 
Digər 4 komandaya gəlincə, I divizion təmsilçilərindən  “Səbail”, “Zaqatala” və MOİK-in növbəti mövsümdə elitada yer alacağına qərar verilib.  Bir yerin sahibi barədə isə mövsümün sonunda hökm çıxarılacaq. Həmin yerə  2 namizəd var: “Turan Tovuz” və “Mil-Muğan”.
 
Bizə gələn bilgiyə görə, AFFA rəhbərliyi növbəti mövsümün tərkibini müəyyənləşdirərkən  2 amili əldə rəhbər tutub: infrastruktur və maliyyə.
 
AZAL-ın elitada saxlanılması klubun müəyyən şəraitə və infrastruktura malik olmasıdır. Elə “təyyarəçilər”in vitse-prezidenti də  bir müddət öncə verdiyi açıqlamada da bu amilə diqqət çəkmişdi: “Bilinmir divizionun  komandaları hansı şəraitdə gələcək, onların infrastrukturu necədir? AZAL-ın infrastrukturu isə yaxşıdır”.
 
Aydın məsələdir ki, I diviziondan elitaya namizəd klublar AFFA-dan maliyyələşək. Bu səbəbdən federasiya infrastrukturu olmayan klubu qanadı altına almaqla ikiqat xərcə düşmək istəmir.
 
“Səbail”lə bağlı məsələ aydındır. Klubda Müşahidə Şurası təsis olunub, sədri də AFFA prezidentinin oğlu Rəşad Abdullayevdir. Komanda beynəlxalq standartlara cavab verən “Bayıl Arena”da məşq edir, ev oyunlarını orada keçirir. Yəni, infrastruktur baxımından sıxıntı yoxdur. Həmçinin maliyyə cəhətdən də dara düşməməlidirlər.
 
Ev oyunlarını “Bayıl Arena”da keçirən MOİK-in də infrastruktur sarıdan çətinliyi yoxdur. Lakin “hərbiçlər”in elitaya çəkilməsinin səbəbləri başqadır: Əvvəla, klub Müdafiə Nazirliyi tərəfindən maliyyələşir. Ola bilər ki, AFFA da müəyyən köməklik göstərsin, lakin istənilən halda assosiasiyanın üzərinə böyük yük düşməyəcək. Digər tərəfdən, MOİK-in Premyer Liqada çıxış etməsi milli komandalara dəvət alan futbolçuların əsgərlik probleminin çözülməsi deməkdir, hansı ki, bu təcrübəni yaxın keçmişdə görmüşük. Sadəcə olaraq, “hərbiçilər” son illər I divizionda çıxış etdiyindən əksər, xüsusən də aparıcı klublar öz oyunçularına MOİK-ə buraxmaq istəmirdilər. İndiki halda isə nazirlik klubunun elitaya çıxarılması əsgərlik probleminin həlli deməkdir.
 
Tarixin yaddaşına köçən “Simurq”un bazasında formalaşan “Zaqatala”nın yaxşı infrastrukturu var. AFFA yalnız illik büdcə ayıracaq, vəssalam. Klubda Müşahidə Şurası təsis edilib, sədri də Musa Qurbanovdur. Bu səbəbdən də Zaqatala futbol məktəbinin yetirməsi olan Qurban Qurbanovun da əli bu komandanın üstündədir. “Qarabağ”ın çalışıdırıcısı Qurban Qurbanov da müəllimi Şaban Şirdanovun baş məşqçisi olduğu kollektivdən dəstəyini əsirgəmir.
 
Əsasən yerli – zaqatalalı futbolçulardan təşkil olunan komanda hazırda etimadı doğrultmaqdadır.  Əyalət təmsilçisi hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən cəmi 2 xal geri qalır.
 
Sonuncu komandaya gəlincə, əslində, AFFA prezidenti yayda “Mil-Muğan”ı Premyer Liqaya namizəd kimi göstərmişdi. Lakin İmişli klubunun hazırkı durumu federasiya rəhbərliyinin ürəyincə deyil. Komandanın cari mövsümdəki çıxışı və klubdakı şəraitsizlik yetkili şəxsləri düşünməyə vadar edib. Bu səbəbdən hazırda I divizionun lideri olan “Turan Tovuz”un namizədliyi ön plana çəkilib. Hər halda, Əsgər Abdullayevin çalışdırdığı Tovuz təmsilçisi daha yaxşı infrastruktura malikdir. Ən başlıcası isə sözügedən bölgədə futbola olan maraq və potensialdır.
 
AFFA-nın növbəti mövsümdə Premyer Liqada çıxış edən klubların sayı və adlarını indi müəyyənləşdirməsinin də səbəbi var. İş ondadır ki, assosiasiya rəhbərliyi tərəfindən adları qeyd olunun klublara ismarıc göndərilib: Premyer Liqaya hazır olun. Qarşıdan qış “transfer pəncərəsi” dövrü gəldiyindən klublara heyətlərini gücləndirmək, indidən yeni mövsümdə elitada mübarizə apara biləcək kollektiv formalaşdırmaq tövsiyə olunub.
 
CAVAD
 
P.S.: "Şəmkir" də elitaya can atır. Bu komandanın stadion problemi olduğundan iddialarının reallaşması çətin məsələdi. Amma problemi həll edə bilsələr, planlar dəyişə də bilər.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm