Ölkə kuboku
Hüseynpur AZAL-ın tarixinə düşdü
AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub. Futbolinfo.az xəbər ver…
AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub. Futbolinfo.az xəbər verir ki, yubiley qolu cari mövsümün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
“Qəbələ” ilə qarşılaşmada hesabı açan Mirzağa Hüseynpur Bakı klubunun tarixinə 50-ci qolun müəllifi kimi düşüb. Lakin onun komandası üstünlüyü qoruya bilməyərək, 1:2 hesabı ilə uduzub.
Əvvəllər AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL 50-ci qolunu 42-ci matçda vurub. Orta məhsuldarlığı 1,19-a bərabər olan paytaxt klubu 42 oyunda 16 qələbə qazanıb, eyni sayda məğlubiyyət alıb və 10 heç-heçə edib. 50 qol vuran komandanın Qəbələdə buraxdığı son top 40-cı olub.
Qeyd edək ki, AZAL kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”