Müsahibə
Zaur Svanadze: "Rəqib yalnız standart vəziyyətlərə bel bağladı"
Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması …
Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Kəpəz"lə səfər qarşılaşmasında qolsuz bərabərliyə qalan "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis faciəvi meydançada yetirmələrinin əzmkarlığını xüsusi qeyd edib.
– Meydança acınacaqlı vəziyyətdə idi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq göstərdilər. Demək olar ki, rəqibə fərqlənmək üçün imkan vermədilər. Bircə top qapı dirəyindən döndü. Qalan dəqiqələrdə isə rəqib yalnız standart vəziyyətlərə bel bağladı. Çempionatın ilk yarısından da razıyam. İndi dincəlmək vaxtıdı. Sonra isə başladığımız işi həm Kubokda, həm də çempionatda davam etdirəcəyik.
– Oyunun sonlarında 7 müdafiəçiylə oynadınız…
– Final fitinə yaxın düşündüm ki, ümumiyyətlə, qol buraxmasaq yaxşıdı. Elə bu üzdən də Adrian Skarlatakeni də meydana buraxdım.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”