Ölkə futbolu
Abas Əzimova Prezidentin fərdi təqaüdü verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliev idman müt?…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliev idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Futbolinfo.az xəbər verir ki, sərəncamda bunlar qeyd olunub:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əzimov Abas Əzim oğlu
Məmmədyarov Qəhrəman Müslüm oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”