Dünya futbolu
Ardıcıl 4-cü dəfə ilin ən yaxşı qapıçısı seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) i…
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı qapıçısının adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu il ən yüksək yerə 156 xal toplayan Manuel Noyer ("Bavariya") layiq görülüb. Bu, onun ardıcıl 4-cü mükafatıdı.
Ondan başqa ilk üçlükdə "Yuventus"dan Canluici Buffon (91) və "Sportinq"dən Ruy Patrisiu (50) qərarlaşıb.
Noyer mükafatların sayına görə Buffona çatıb. Onların hər ikisini 5 dəfə ən yaxşı olmaqla İker Kasilyas qabaqlayır.
1. Manuel Noyer ("Bavariya", Almaniya) – 156
2. Canluici Buffon ("Yuventus", İtaliya) – 91
3. Ruy Patrisiu ("Sportinq", Portuqaliya) – 50
4. Klaudio Bravo ("Barselona", Çili) – 45
5. David De Xea ("Mançester Yunayted", İspaniya) – 37
6. Yan Oblak ("Atletiko", Sloveniya) – 31
7. Uqo Loris ("Tottenhem", Fransa) – 29
8. Keylor Navas ("Real", Kosta-Rika) – 18
9. Tibo Kurtua ("Çelsi", Belçika) – 13
10. Denis Onyanqo ("Mamelodi Sandauns", Uqanda) – 5
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq