Ölkə futbolu
Şeydayevdən yeni xəbər
Mövsümün ilk yarısını “Trabzonspor”da eh…
Mövsümün ilk yarısını “Trabzonspor”da ehtiyatda keçirən Ramil Şeydayevin yeni komandası bəlli olub. Futbolinfo.az xəbər verir ki, o,mövsümün ikinci hissəsini PTT-1-ci liqa təmsilçisi “Samsunspor”da keçirəcək.
Türkiyə mətbuatının yazdığına görə, millimizin üzvü artıq komandanın Antlayadakı düşərgəsinə qoşulub. Onunla böyük ölçüdə razılıq əldə edilib. Transfer qadağası olan samsunlular maliyyə qaynağı taparaq bu problem aradan qaldıra biliblər.
Bununla belə, qeyd edək ki, Ramilin Samsunda oynayacağı hələ də dəqiq deyil. Qardaş ölkədən hər gün yeni xəbər eşidirik, onu tez-tez fərqli komandalara “göndərir”, ya da Trabzonda saxlayırlar. Ona görə Şeydayevin yekunda fərqli komandada oynadığını eşitsəz, təəccüblənməyin.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO