Ölkə futbolu
“Sumqayıt” Türkiyədə 3 yoxlama oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, yanvarın 10-da təlim-məşq toplanışı &u…
Xəbər verdiyimiz kimi, yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşcaq. Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş adıçəkilən klub hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.
“Sumqayıt” növbəti yoxlama oyununu yanvarın 16-da keçirəcək. Komanda Özbəkistan klubu “Nasaf”la üz-üzə gələcək. Qeyd edək ki, 30 yaşlı klub son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub.
Sumqayıtlılar Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək. Adıçəkilən klub hazırda yerli çempionatda 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?