Premyer-liqa
“Neftçi” – “Qəbələ” matçının da məkanı dəyişdi
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəra…
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının XVI turu ilə bağlı aşağıdakı dəyişiklikləri həyata keçirib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq.
Topaz Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.
Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?