Dünya futbolu
Qış "transfer pəncərəsi" ilə bağlı maraqlı faktlar
Avropanın əksər ölkə çempionatlarında "transfer …
Avropanın əksər ölkə çempionatlarında "transfer pəncərəsi" fevralın 1-də bağlandı. Bu qış klublar ümumi məbləği 1,165 milyard avro olan 4 mindən çox transfer reallaşdırdı.
Futbolinfo.az Avropada qış transferləri ilə bağlı maraqlı faktları təqdim edir:
1. Son 24 saat ərzində 665 transfer reallaşdı. Bunun üçün ümumi olaraq 142 milyon avro xərcləndi.
2. Ən bahalı 10 transfer
Ən bahalı transferləri Çin və Fransa klubları həyata keçirdi. 10 ən bahalı keçiddən 3-ü Çin, 3-ü Fransa, 2-si isə İngiltərə təmsilçilərinə aiddi. İspaniya, İtaliya və Almaniya bu göstəricidə TOP-10-a düşmədi.
3. İspaniya klubları transferlərə Türkiyə və Belçika təmsilçilərindən daha az pul xərclədi
Ümumiyyətlə, transferlərin qiymət reytinqində Türkiyə, Belçika və Rusiyadan geridə qalan İspaniya 13-cü yerdə qərarlaşdı.
4. "Sevilya" transferlərə İspaniyada digər klublardan daha çox pul xərclədi
"Sevilya" 10,5 milyon avro xərclədi, satdığı futbolçulardan isə 7,5 milyon avro qazandı.
5. Futbolçu satışından ən çox qazanan "Çelsi" oldu
Oskarı Çinə, Patrik Bemfordu "Midlsbro"ya satan "Çelsi" 66,9 milyon avro qazandı. London klubundan sonra ən çox qazanan "Benfika" (48,2 milyon avro) və "Volfsburq" (46,5 milyon) oldu.
6. PSJ Avropada hamıdan çox xərcə düşdü
Paris klubu transferlərə 70 milyon avro xərclədi. Bu məbləğ Yulian Draksler və Qonsalo Qedeşin keçidinə sərf olunub.
7. İngilis pulu İngiltərədə qaldı
İngiltərə klubları Avropada transferlərə daha çox pul xərclədi – 257 milyon avro. Ümumi məbləğin 100 milyonu xarici çempionatlardan əldə olunan futbolçulara sərf olunub.
8. Ən çox transfer həyata keçirən "Standard" və "Uiqan" klubları oldu
Belçika "Standard"ı və İngiltərə "Uiqan"ı heyətlərini 9 futbolçu ilə gücləndirdilər. İspaniyada isə rekord "Leqanes"ə məxsusdu (7 futbolçu). Dünya üzrə mütləq rekord isə hərəyə 16 futbolçu ilə güclənən Meksika "Verakruz"u və Braziliya "Şapekoense"sidi.
9. Ən çox təlabat mərkəz hücumçusu və mərkəz müdafiəçisinə oldu
139 mərkəz hücumçusu və 111 mərkəzi müdafiəçisi transfer edildi
10. "Mançester Siti", PSJ və "Yuventus"
Avropanın top-klubları arasında yalnız "Mançester Siti", PSJ və "Yuventus" bu qış transfer bazarında fəal oldular. "Barselona", "Bavariya" və "Mançester Yunayted" transferləri yaya qədər təxirə saldılar. "Real" və "Atletiko"ya isə transfer qadağasına görə hərəkət edə bilmədilər.
Hazırladı: ASƏF ZEYNALLI
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?