Ölkə futbolu
Qurban Qurbanov: “Daninin yoxluğu hiss olunacaq”
AZAL – “Qarabağ” (1:2) matçından sonra qona…
AZAL – “Qarabağ” (1:2) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:
– Vacib qələbə qazandıq. Ağır oyun oldu. Matça pis başladıq, oyunu ələ ala bilmirdik. Rəqib yaxşı müdafiə olunurdu. İlk yarıda bir neçə şansımız olsa da, yararlana bilmədik. Təəssüf ki, vacib oyunçularımızdan birini uzun müddətə itirdik. Hamını tərbik edirəm, AZAL-a isə uğurlar arzu edirəm.
– Kintananın yoxluğu “Qarabağ”a çempionluq yolunda nə dərəcədə ziyan vuracaq?
– Zərbə olacaq. Hər nə qədər desək ki, heyətimiz genişdi, amma təsiri olacaq. Qurduğumuz oyun əsasən 11 futbolçunun üzərində qurulub. Daninin yoxluğu hiss olunacaq. Sabahdan həkimlər qəti qərar verəcək.
– 2 oyundu komandanız hesabda geri düşür. Müdafiədə boşluqlar var…
– Müdafiədə hər hansı diqqətsizlik olur. Hücumda daha çox olduğumuzdan arxada boşluqlar yaranır. 1 dəfə də bu şansdan rəqib yarandı, müdafiəçilərimiz də səhvə yol verdi. Bu da normaldı. İstənilən rəqib istənilən komandadan xal ala bilər.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”