Dünya futbolu
Kamerun Misir üzərində qələbə ilə çempion oldu – VİDEO
Afrika Millətlər Kubokuna yekun vurulub. Futbolinfo.az xəbər verir…
Afrika Millətlər Kubokuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, qitə birinciliyinin həlledici matçında Misir və Kamerun yığmaları üz-üzə gəlib.
Qarşılaşmada hesabı misirlilər açıblar. Amma fasilədən sonra iki qol vuran kamerunlular əzmkar qələbə qazanıblar – 2:1. Nəticədə, Misir yığması gümüş medallarla kifayətləndiyi halda, baş mükafata Kamerun millisi sahib çıxıb.
Xatırladaq ki, üçüncü yer uğrunda oyunda da Burkina Faso Qana üzərində qələbə qazanmışdı – 1:0.