Ölkə futbolu
Vasilyevin "Neftçi"yə keçidi niyə baş tutmayıb?
Polşa “Yagelloniya”sının şərəfini qoruyan Konstantin…
Polşa “Yagelloniya”sının şərəfini qoruyan Konstantin Vasilyev "Neftçi"yə baş tutmayan keçidi haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, estoniyalı yarımmüdafiəçi hazırkı klubunun rəhbərliyinin keçidə mane olduğunu bildirib:
"Rəhbərlik məni göndərməyəcəyini açıq şəkildə bildirdi. Bütün təkliflər rədd edildi. Bu mövsüm bizim üçün uğurlu keçir. "Yagelloniya" ilə çempion olacağımıza inanıram. Müqaviləmin müddəti isə mövsümün sonunda başa çatacaq. Daha sonra nələrin baş verəcəyini birlikdə görəcəyik".
Qeyd edək ki, “Yagelloniya” Polşa Ekstraklasasında 39 xalla liderdir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının əsas fiqurlarından biridir. O, bu mövsüm 10 qol vurub, 9 qol ötürməsi edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?