Müsahibə
Markos Madera: "Premyer Liqada asan keçən oyun yoxdu"
"Qarabağ"ın yarımmüdafiəçisi Markos Madera T…
"Qarabağ"ın yarımmüdafiəçisi Markos Madera Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra futbolinfo.az saytının suallarını cavablandırıb:
– Qələbə şərhinizi eşitmək istərdik…
– Bu matç da digər oyunlarımız kimi çətin keçdi. Məqsəd qələbə qazanmaq, turnir cədvəlindəki liderliyimizi davam etdirmək idi, bunu da bacardıq. Biz sözlə, vacib qələbə qazandıq.
– Dani Kintananın yoxluğu hiss olunurdumu?
– Hər bir futbolçunun yoxluğu özünü göstərir. Kintana indi zədəsini müalicə etdirməklə məşğuldu və qısa vaxtda yenidən sıralarımıza qoşulmaq haqda düşünür. Bu kimi mənfi situasiyalar haqda fikirləşib, diqqətimizi yayındırmamalıyıq. Əlimizdə olanlardan maksimum yararlanmalıyıq.
– “Qəbələ”dən başqa, demək olar, müqavimət göstərən komanda yoxdu. Digər rəqibləri zəiflər sırasına daxil etmək olar?
– “Qəbələ” yaxşı futbolçulardan qurulmuş komandadı. AZAL-la oyunumuzu da gördünüz. Asan keçmədi. “Zirə” ilə qarşılaşma da bu qəbildəndi. Yəni çempionatda asan keçən oyun yoxdu.
– “Zirə” ilə “Qarabağ”ın qardaşlaşmış komanda olduğu və bu matçın gözlənildiyi kimi komandanızın qələbəsi ilə başa çatacağı proqnozlaşdırılırdı. Bu haqda nə deyə bilərsiz?
– Sualınız mənə təəccüblü gəldi. Çünki meydanda oyunun heç də asan keçmədiyini və hər bir rəqibin qələbə qazanmağa çalışdığını görürsünüz. Hər şey göz qabağındadı və olanlar meydanda baş verir.
– Qış fasiləsindən sonra hakim səhvləri əsasən “Qarabağ”ın lehinə olur. Necə düşünürsüz, komandanızın buna ehtiyacı varmı?
– Hakimlərin işinə qarışmaq, bu mövzuda fikir bildirmək istəmirəm. Onların da işi asan deyil. Bəzən verdikləri qərarlar kiminsə xoşuna gəlir, lehinə olur. Bu, onların işidi.
– “Qəbələ” ilə oyununuz olacaq. Ən yaxın izləyicinizlə matç həlledici ola bilər?
– “Qəbələ”dən əvvəl Gəncədə “Kəpəz”lə çətin matçımız olacaq. “Qəbələ” ilə matçın həlledici olacağına inanmıram. Çünki ondan sonra da xeyli oyunumuz qalır.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”