Premyer-liqa
Bakı derbisi ilə bağlı “əmsal rəqsi”: “İnter”i kim gözdən saldı?
Bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində …
Bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində keçiriləcək "İnter" – "Neftçi"görüşünə az müddət qalmış maraqlı hadisələr baş verir. "Ağ-qaralar"ın qalibiyyəti bukmeker kontorlarında hər keçən saat aşağı düşərkən, ev sahibi komanda 2 gün öncə açıq-aşkar favorit göstərilirdisə, matçın startına saatlar qalmış əmsallar köklü dəyişikliyə məruz qalıb.
7 fevral tarixində görüşün əmsalları açıqlandıqda "İnter"in qələbəsi – 1,40 , heç-heçə – 3.80 , məğlubiyyəti – 5,75 olaraq qiymətləndirilmişdi. Əlavə olaraq, ev sahibi komandanın məğlub olmamasına pul qoyuluşu qəbul edilmədiyi halda, qonaqların məğlub olmaması 2,29 əmsal təşkil edirdi.
Bu gün görüşün əmsalları 2 dəfə ardıcıl olaraq dəyişdi. "İnter" ilk yenilənmədə qismən də olsa, oyunun favoriti olaraq qaldı, ancaq qonaqların asan "məğlub olmayacağı" rəqəmlərdə öz əksini tapdı. Bundan əlavə ötən günlərdə ev sahibi komandanın məğlub olmayacağına proqnoz etmək mümkün deyildisə, yenilənmədən sonra aktiv edildi.
Gün ərzində 2-ci yenilənmədən sonra isə tablo daha da kəskinləşdi. İndi Zaur Svanadzenin yetirmələrinin qalib gələcəyini proqnozlaşdıranlar əsl təşviş içindədilər. Maraqlıdı ki, oyunun məhsuldar keçib-keçməyəcəyinə dair əmsallar dəyişməz qalıb.
Bukmeker kontorlarında əmsalların kəskin dəyişməsi iki səbəbdən olur:
1) Bir komanda digərinə oyunu verir və hər iki tərəf kontorlara ciddi pul qoyuluşu edir. Konkretləşdirsək, “Neftçi” və “İnter” rəhbərliyi oyunun “ağ-qaralar”ın xeyrinə başa çatmasına dair razılığa gəlir və hər ikisi ciblərini doldurur.
2) Hansısa “şeyxlər” “Neftçi”nin qalib gələcəyinə olduqca böyük məbləğdə yatırım edirlər. Belədə tərəzinin gözü ciddi şəkildə oynayır və gördüyümüz mənzərəyə şahidlik edirik.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”