Müsahibə
İqnasio Herrera: "Onları belə oynamağa biz məcbur etdik"
Azərbaycan Premyer Liqasının 17-ci turu "İnter" – "…
Azərbaycan Premyer Liqasının 17-ci turu "İnter" – "Neftçi" qarşılaşması ilə başa çatdı. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi İqnasio Herrera 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablayıb:
– Oyun haqqında fikirlərini bilmək istəyərdik.
– Çətin oyun keçdi. Matça hazırlaşarkən rəqibin güclü olduğunu bilirdik. Liqada 3-cü pillədədilər. Seqoviyanın vurduğu erkən qol komandanın özünəinamını artırdı. Sevinirəm ki, qələbə qazandıq. Bu münasibətlə hamını təbrik etmək istəyirəm.
– Liqanın üst sıralarında qərarlaşan komandanın belə zəif oyun oynayacağını gözləyirdin?
– Bəli, rəqib güclüdü və onlardan belə zəif oyun gözləmirdik. Amma onları belə oynamağa biz məcbur etdik.
– Hesab 1:2 olduqdan sonra çəkindiniz ki, qələbəni qoruya bilməyəcəksiz?
– Əlbəttə, qolu qapımızda görəndən sonra hər an gözləyirdik ki, hesab bərabərləşə bilər və hər şey dəyişər. Fasilədən sonra komanda toparlandı, 3-cü qolu vurduqdan sonra rahat qələbə qazandıq.
– Komanda növbəti tur doğma meydançasına gəlir. Bu haqda nə deyə bilərsən?
– Transfer olunandan öz meydançamızda oynamağı səbrsizliklə gözləyirəm.
– Boş tribunalar önündə oynamaq haqqında nə fikirləşirsən?
– Bildiyiniz kimi, mən Qazaxıstan çempionatından gəlirəm. Bu gün burada olan abu-hava orada yoxdu. Səfər oyunlarında bizi 1-2 azarkeş dəstəkləməyə gələrdi.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir