Müsahibə
Namiq Ələsgərov: "Əsas hədəfimiz ilk dördlükdə yer almaqdı"
Azərbaycan Premyer Liqasının 17-ci turu "İnter" – "…
Azərbaycan Premyer Liqasının 17-ci turu "İnter" – "Neftçi" qarşılaşması ilə başa çatdı. Futbolinfo.az xəbər verir ki, 3:1 hesabıyla qələbə qazanan "ağ-qaralar"ın gənc futbolçusu Namiq Ələsgərov oyundan sonra jurnalistlərin suallarını cavablayıb:
– Oyun haqqında fikirlərinizi bilmək istərdik…
– Ölkə çempionatının güclü komandalarından biri olan "İnter"lə qarşılaşdıq, çətin oyun keçdi. Qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Növbəti turlarda çalışacağıq ki, davamını gətirək.
– Son 2 turda qalmaqallı oyunlar keçirdiz. Bu barədə nə düşünürsüz?
– Əlbəttə, hər 2 oyunda qələbə qazanmaq şansımız vardı. Bəzi səhvlər oldu, istədiyimiz nəticələri qazana bilmədik. Bu barədə danışmaq mənasızdır. Əsas odur növbəti turlarda qələbələr qazanaq.
– "Neftçi"ni bu oyunla Premyer Liqanın hansı pilləsində görürsünüz?
– Çalışırıq ki, bacardığımızı edək. Əsas hədəfimiz ilk 4-lükdə yer almaqdı.
– Son turlar "Neftçi" əleyhinə hakim səhvləri ilə yadda qaldı. Oyun öncəsi bu, komandaya psixoloji təsir etmirdi ki?
– Əvvəlki oyunlarda hakim səhvləri olsa da, fikirləşirdik ki, bu görüşdə olmaz. Bu gün hakimliklə bağılı mübahisəli epizod olmadı. Fikrimcə, hakimlik baxımından da yaxşı oyun keçdi.
– "Neftçi"də özünü necə hiss edirsən? Komandaya uyğunlaşa bilmisən?
– Hər şey qaydasındadır. Təlim-məşq toplanışında yoxlama oyunlarında çıxış etmişdim. Uyğunlaşmağa çətinlik çəkmədim.
– İlk qolunu vurdun, bu barədə nə deyə bilərsən?
– Mənim üçün sevindirici haldı. Əsas odur qələbə qazandıq. Bundan sonra da çalışacağam qollarımı davam etdirim və qələbə qazanaq.
– Heyfslənmirsən ki, kubok oyunlarında "Qarabağ"a qarşı iştirak edə bilməyəcəksən?
– Təəsüflər olsun ki, komandama kömək edə bilməyəcəm.
– Əvvəlcədən bu barədə məlumatın vardı?
– Xeyr, məlumatım yox idi. İlk qarşılaşmadan əvvəl öyrəndim.
– Məlumatın olsa idi, müdaxilə edərdin?
– Bu, rəhbərlik arasında olan razılıqdı. Onlar razılıq əldə ediblərsə, mənə də qəbul etmək düşər.
NİCAT SALMANLI
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”