Premyer-liqa
"Qəbələ" "Qarabağ"a qalib gəlib, zirvəyə şərik çıxdı
Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. Futboli…
Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.
Öncə meydana “Sumqayıt” və AZAL klubları çıxıb. Qarşılaşmanın taleyini bir qol həll edib. Sumqayıtlıların vurduğu erkən qol AZAL üzərində qələbə üçün yetərli olub. Nəticədə, Tərlan Əhmədovun komandası ardıcıl beşinci məğlubiyyətini alıb.
Turun qapanış matçında isə liderlər – “Qəbələ” və “Qarabağ” üz-üzə gəlib. İki qolun vurulduğu qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə bitib. Bu qələbə sayəsində "Qəbələ" əsas rəqibi ilə xallarını bərabərləşdirib və zirvəyə şərik çıxıb.
Topaz Premyer Liqası
19-cu tur
19 fevral
“Sumqayıt” – AZAL – 1:0 (1:0)
Qol: Y.Nəbiyev, 13 (1:0).
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Samir Abbasov.
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 77. Arkadi Qalperin, 24. Emin Cəfərquliyev (k), 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 70. Vaqif Cavadov, 11. Frank Madu, 3. Tural Hümbətov, 10. Nuqzar Kvirtiya.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qəbələ” – “Qarabağ” – 2:0 (1:0)
Qollar: S.Zenyov, 28 (1:0). F.Ozobiç, 69 (2:0).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 71. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
Turun digər oyunları: "İnter" – "Zirə" – 1:1, "Neftçi" – "Kəpəz" – 0:0.