Bizi izləyin

Premyer-liqa

"Neftçi"ni dayandıran səbəblər

"Neftçi"nin qələbə, "Kəpəz"in məğlub…

blank

"Neftçi"nin qələbə, "Kəpəz"in məğlubiyyət seriyası bitdi. "Bakcell Arena"dakı qolsuz bərabərliyə nə çox üzülən oldu, nə sevinən.

Bəlkə də bu tur sülh turu olacaq. "İnter" "Zirə" ilə mövsümdə 3-cü dəfə 1:1 etdi, "Neftçi" – "Kəpəz" oyununda hesab açılmadı; bu gedişlə ilk 2 oyunda xal bölmüş "Sumqayıt"la AZAL da ənənəni pozmaya bilərlər, Qəbələdəki zirvə döyüşü də yəqin ki, hər iki tərəfi razı salan hesabla yekunlaşar. İkisi reallaşan, ikisi təxmin olunan nəticədi.

Qış fasiləsindən sonra yüksəlişə keçən "Neftçi" bu matçın da favoriti idi. Lakin "Kəpəz" dönüş nöqtəsi kimi baxdığı oyundan xalla ayrılmağı bacardı. Topa daha çox sahib olan bakılılar rəqibiylə müqayisədə qol şanslarında da üstün idi. Gəl ki, yekun nəticə meydan sahiblərinə sərf edən olmadı.

Hələ 14-cü dəqiqədə "Neftçi" hesabı aça bilərdi. Ancaq Zdenek Folprextə görə aşkar qayda pozuntusunu hakim penalti kimi dəyərləndirmədi. Bəlkə də Tural Axundovun topa toxunuşu Rauf Cabbarovu yanıltdı, halbuki gəncəli futbolçu çex legioneri iki ayağının arasına alaraq qazondan üzdü. Bu ehtiyatsız sürüşmə fəndinə görə Axundova vərəqə də verilməliydi.

"Neftçi"nin qola yaxınlaşdığı daha bir epizod ikinci hissədə qeydə alındı. Renan Silvaya dəyən yopun avtoqola çevrilməsinə Şəhriyar Rəhimov mane oldu. Videotəkrarda da görünür ki, top qapı xəttini tam keçməmişdi.

"Kəpəz"in də real qol şansları oldu. Matçın əvvəlində Nicat Qurbanov, sonda isə Ebah bir qədər dəqiq oynasaydı, meydan sahibləri bir xaldan da olacaqdı.

Gəncəlilərin bəxti Ruslan Abışovun erkən əvəzlənməsi zamanı da gətirdi. Əzələsi dartılan "Neftçi"nin kapitanı hələ fasiləyə kimi Cavid İmamverdiyevlə əvəzləndi. O Cavidlə ki, meydanda olduğu müddətə komandasının oyununu gücləndirə, müdafiə ilə hücumu əlaqələndirə bilmədi – Abışov bu baxımdan daha fəal idi.

İstənilən halda, "Neftçi" rəqibini yenməyə borclu idi, hətta hakimin qeyd etdiyimiz səhvi də bəhanə sayılmamalıdı. Bakılılar heyət baxımından daha güclü ehtiyat oyunçular skamyasına sahibdi, büdcəyə görə isə "Kəpəz"i 6-7 qat üstələyir. Sadəcə, gəncəlilər daha çox döyüşdü və məşqçi amili həlledici oldu. Qışda heyətinə bir futbolçu belə qata bilməyən qonaqlar ızmkarlıq hesabına 2017-də ilk xalını qazandı.

Elxan Abdullayevin bəhanəsi var. Onun yığdığı heyət hələ tam oturmayıb, oyun planında çatışmazlıqlar hiss olunur – kəsəsi, ideal oyun üçün zamana ehtiyac var. Bakılılar hələlik müdafiə qabiliyyətini yaxşılaşdırıb, orta sahədə anlaşma yaxşı deyil, hücum planında isə ciddi sızıntılar var. "Neftçi"nin monoton hücumlarını dəf etmək rəqibləri üçün çətin deyil, hücumda çoxalmalar, müdafiədən cinah keçidləri, yarımmüdafiənin irəli uca dəstəyi qaydasına düşməlidi. Hücumda çoxalmalar yaxşı olmadığından çoxsaylı təhlükəli vəziyyətlərdən danışa bilmirik. Komanda 2 real təhlükə yaratdı: birində rəqibin ehtuyatsız hərəkəti penaktiyə, digərində topa səhv toxunuş avtoqola səbəb ola bilərdi. Vəssalam. Hansısa kombinasiyalı hücumdan danışa bilmirik.

Abdullayevin oyuna müdaxiləsi də görünmədi. O, nəticə üçün nə taktikanı dəyişdi, nə də risk etdi. Eyni amplualı oyunçuları bir-biri ilə əvəz etməklə "Kəpəz"ə hər hansı çətinlik yaradılmadı. Bəlkə də ehtiyat qüvvə yetərsizdi, lakin buna qalsa, gəncəlilərin çatışmazlığı daha çoxdu.

Məhdud heyətlə maksimuma can atan Şahin Diniyevi alqışlamaq lazımdı. Çünki qazanılan bir xalda onun müstəsna rolu oldu. Hətta 2 legionerdən imtina etməklə də heyət qurmağı bacaran "Kəpəz"in çalışdırıcısı nüdafiəçi Tural Axundovu dayaq yarlmmüdafiıçisi qoymaqla riskə getmişdi. Amma bunun sayəsində rəqibin bütün hücum planlarını pozdu. Futbolçularının əzmkarlığı isə çatışmazlıqları sığortaladı.

Bu nəticə "Neftçi"ni eyforiyadan ayıltmalıdı. 3-cü dövrədə sərgilənən oyun hər nə qədər əvvəlki ilə müqayisədə yaxşı olsa da, komanda hələ avrokuboklara vəsiqə qazanmağa hazır deyil. Təcrübəli legionerlərin fərdi bacarığı sayəsində qazanılan xallar aldadıcı ola bilər.

AĞA

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Digər idman növləri2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm