Müsahibə
Fariz Nəcəfov: "Hər iki komandanın ifasında gözəl oyun izlədik"
Topaz Premyer Liqasının 19-cu turunun "Qarabağ"la oyunund…
Topaz Premyer Liqasının 19-cu turunun "Qarabağ"la oyunundan (2:0) sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:
– Demək olarmı ki, nəhayət normal hakim idarəçiliyi olan bir oyun izlədik?
– Belə deyək də, hər iki komandanın ifasında gözəl oyun izlədik. Hər iki komandanın azarkeşləri məni sevindirdilər. Bəzi çatışmazlıqlar da var idi ki, gərək olmasın. Ancaq maraqlı görüş idi.
– “Qarabağ” azarkeşləri oyunun gedişində müəyyən təxribatlara əl atırdılar. Bu hal diqqətinizi çəkdimi?
– Nə bizim, nə də rəqib azarkeşlərin hansısa təxribatını gördüm. Əksinə komandalarına dəstək olduqları üçün onlara təşəkkür edirəm.
– Azarkeşlərdən birini polis apardı…
– Zəng vurdum, düşünürəm ki, onun bir günahı yoxdu. Vaxt olmadı, ancaq maraqlanacam.
ELMAR ABDULLA-ZADƏ