Dünya futbolu
Avroliqada 1/8 finalın bütün iştirakçıları
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin bütün işti…
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ən güclü 16 komandası artıq bəllidir.
Növbəti mərhələyə vəsiqə qazanan komandaların siyahısı aşağıdakı kimidir:
"Anderlext", "Genk", "Gent" (hamısı Belçika), APOEL (Kipr), "Kopenhagen" (Danimarka), "Mançester Yunayted" (İngiltərə), "Olimpik" (Lion, Fransa), "Borussiya" (Münhenqladbax, Almaniya), "Şalke" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Roma" (İtaliya), "Ayaks" (Hollandiya), "Krasnodar", "Rostov" (hər ikisi Rusiya), "Selta" (İspaniya), "Beşiktaş" (Türkiyə).
Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.