Bizi izləyin

Ölkə futbolu

AFFA-ya TÖVSİYƏ: Məşqçilər Komitəsini ləğv edin!

AFFA Məşqçilər Komitəsinin seleksiya toplanışına yığı…

blank

AFFA Məşqçilər Komitəsinin seleksiya toplanışına yığılan 17 və 19 yaşlılardan ibarət milli komandalarımızın üzvləri ilə görüşü haqda xəbəri oxuyuram. Bəlli olur ki, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Şakir Qəribov onlara baş çəkib və TÖVSİYƏlərini verib.

Vəssalam. Zatən AFFA-nın bütün komitələrinin işi elə TÖVSİYƏ verməkdi. Klublar Komitəsi bir yanda TÖVSİYƏ verir, Məşqçilər Komitəsi bir yanda. “Güc yenə doğana düşür” misalının yeridi. Ölkə futbolunun 3 sanballı simasının yeniyetmələrlə yarım saatlıq görüşü heç nəyi dəyişməyəcək. Yenə də hər şey bu futbolçuların, əsasən də onların məşqçilərinin əlindədi.

Qarşıdan AFFA-nın növbəti Konfransı, eləcə də İcraiyyə Komitəsinin iclası gəlir. Bir çox nüansları nəzərə alaraq, AFFA-nın bir çox komitələri ləğv olunmalıdı. Biz də TÖVSİYƏ edirik – həm də səbəbini izah edirik. Bir işə yaramayan, heç nəyi dəyişməyən, görüntü yaratmaq xatirinə olan digər komitələrlə bağlı fikirlərimizi qarşıdakı günlərdə diqqətinizə çatdıracağıq. Bu yazıda əsas məqsəd isə məhz Məşqçilər Komitəsinin lazımsızlığının izahıdı.

2014-cü il dekabrın 3-də yaradılan bu qurum 2 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk vaxtlar komitə tez-tez toplanar, görüşlər keçirər, nəsə iş görməyə çalışardı. Bölgələrə səfərlər, bir çox vacib məsələlərin müzakirəsi və s. Lakin zaman keçdi və həm qurum üzvləri, həm də onların görüşdüyü şəxslər anladılar ki, “vaxt öldürürlər”, işlərinin heç bir əməli nəticəsi yoxdu: danışılanlar, müzakirə olunanlar yalnız kağız üzərində qalır, TÖVSİYƏdən oyana keçmir. Ona görə də belə görüşlərin sayı azaldı, əhatə dairəsi daraldı. İndi də yalnız Konfrans və ya İcraiyyə Komitəsinin iclasları ərəfəsində komitə belə görüşlər keçirir və rəsmi sayta xəbər qoyulur. Bununla AFFA onlara “işgüzar” imici qazandırmağa çalışır.

Sədr Vaqif Sadıqovu dindirsən, qarşına qalaq-qalaq kağızlar, sənədlər, planlar qoyar. Bəlkə də onlarca qovluq bu dəqiqə də AFFA-nın baş katibi Elxan Məmmədova təqdim olunması üçün şkafda tozlanır. Bəli, Məşqçilər Komitəsi işləmək istəyir, ölkə futbolunun inkişafına xeyir verəcək təkliflər var. Amma bütün bunlar kiməsə lazımdımı? “Sən istədiyini çal, mən onsuz da “Heyvagülü” oynayacam” düşüncəsində olan AFFA rəhbərliyi onlara gözünün ucu ilə də baxmır. Liqa kuboku, Prezident kuboku, daha nələr, nələr… Hansı reallaşdı?

Əslində, AFFA öz Məşqçilər Komitəsinə münasibətini hələ xeyli öncədən göstərdi. İlyarımdı qurumun üzvü olan Şahin Diniyev “Kəpəz”ə baş məşqçi gedib, lakin onun boşaltdığı yer hələ də yiyəsiz qalıb. Qurum üzvləri dəfələrlə vakant yerə namizəd tapıblar, hər dəfə də assosiasiya rəhbərliyi onların üzərindən xətt çəkib. Sonda Sadıqova açıq şəkildə deyilib ki, bura heç kəs gəlməyəcək.

Niyə? Çünki TÖVSİYƏ verməkdən başqa heç nəyə yaramayan komitə gözdən pərdə asmaq, bir də narazıların sayını azaltmaq üçün saxlanılır. AFFA-ya futbolun inkişafı lazım olsaydı, bu adamların məsləhətlərindən yararlanardılar, əvəzində Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükağa Hacıyev 2-3 min manatlıq maaşla susdurulub, oyundankənar vəziyyətə salınıblar. Maaşınızı alın və vaxtınızı keçirin!

Bu insanlar ölkə futbolunun qaymaqlarıdı, hər birinin zəngin karyerası var. Və AFFA-ya onları kabinet şəraitində bəsləmək sərf edir, elə olmasaydı, onların təkliflərinə həqiqətən baxılardı, boş qalan 4-cü üzv təyin edilərdi. Halbuki bu insanlardan kağız-kuğuz arasında eşələnməyi istəmək yox, həqiqətən faydalı olacaqları sahədə yararlanmaq lazımdı. “Əl-ayağa dolaşacaqlarından”, azadlıqda olarlarsa, onların iş tələbindən ehtiyat edilirsə, başqa məsələ…

AFFA-ya TÖVSİYƏ edirik ki, fəaliyyətini vecinə almadığınız bu qurumu, ümumiyyətlə, ləğv edin. Susdurmaq istədiyiniz, lakin həqiqətən bacarıqlı olan bu insanlardan faydalı olacaqları sahələrdə yararlanın. Konkret istiqamətlər də göstəririk.

Vaqif Sadıqov ola-ola AFFA-nın texniki direktor postunu Bernard Lippertə tapşıranları anlamıram. Axı, bu adam 10 ildir ölkə futboluna nə xidmət göstərib? Onun etdiklərinin 10 mislini Sadıqov da bacarar – həm də daha məharətlə. Bu əcnəbi sevgisinin səbəbi nədir? Niyə öz insanımıza qiymət vermirik? Berti Foqtsun dönəmindəki alman koloniyasından saxlanılan bu şəxslə vidalaşmaq o qədər çətindi?

Milli komandalarımıza rəhbərlik etdiyi dövrləri sələfləri və xələflərinin nəticələri ilə müqayisə edin: hansı ciddi fərq var? Hətta özümüzkülərin nəticəsi daha yaxşıdı. O zaman Lippert nəyə görə hələ də sərvət qazanır, PRO kateqoriyalı onlarla məşqçimiz işsiz qalıb, bu sahənin əsl mütəxəssisi olan Sadıqov quru maaşla gözdən pərdə asmağa təhkim edilib. Lippert ayda 30 min avro maaş alır və bildiyimizə görə, bunun 30 faizi onu Azərbaycana calayanlara çatır. Bəlkə elə buna görə Elxan Məmmədov onun göndərilməsində maraqlı deyil? Axı, Vaqif bəy bu maaşın 1/10-nə 10 qat artıq iş görəcək gücdədi.

Ağasəlim Mircavadov ölkənin ən titullu məşqçisi ola-ola sabiq yetirməsinin rəhbərliyi altında komitə üzvü olmağa məhkum edilib. Əvvəla, onun yeri yaşıl meydandı. Bu mütəxəssis hələ də güclü ölkə klublarına bacarıqla rəhbərlik etmək qabiliyyətindədi. Müxtəlif milli komandalarımızda baş məşqçi, məsləhətçi kimi çox faydalı olar. Deyək ki, yaş amilini və s. əlinizdə bayraq edirsiz, o zaman bu insanı elə yaşına, təcrübəsinə uyğun işlə təmin edin. Məsələn, AFFA İcraiyyə Komitəsində bir üzvün yeri vakantdı. Mircavadov Kazbek Tuayev qədər hörmət sahibi deyilmi? Rəhbərlik etdiyi futbol məktəbi illərdi Azərbaycana bir istedad vermədiyi halda yarım əsrdi dövlətin milyonlar ayırdığı uşaq-futbol məktəbinə rəhbərlik edən bu şəxs Mircavadovdan titul baxımından da geri qalır. Yoxsa Ağasəlim bəy əsl azərbaycanlı olduğuna görə, Tuayev kimi rusca danışıb, yaşadığı ölkənin dilinə hörmətsizlik etdiyinə görə İcraiyyə Komitəsində ola bilməz?

Şakir Qəribov futbolçu kimi əla karyeraya sahib olub, məşqçi kimi də kölgədə qalmayıb. Bu insan da yaşıl meydanlarda olmalıdı. Tərcüməçiyə, menecerə məşqçi kateqoriyası paylayıb, onları AFFA-nın sponsorluq etdiyi komandalara, müxtəlif millilərə yerləşdirərkən belə insanların kənarda qalması təbiidi. Halbuki Şakir bəy həmin kurslara rəhbərlik edəcək adamdı. Məşqçi bacarığına şübhəniz varsa, uşaq futbol liqalarına rəhbərliyi bu adama tapşırın. Qəribov hər nə qədər zəif idarəçi olacaqsa da, indi bu sahəyə rəhbərlik edən Yusif Vəiyevdən 10 dəfə bacarıqlıdı. Yusif bəy yaxşı marketoloqdu, bu sahədə tez-tez ekspert kimi çıxış edir, gedib işi ilə məşğul olsun, futbolu isə ona can yandıranlar, ondan başı çıxanlar idarə etsin. Elxan Məmmədovun dostudu deyə sabahımıza balta çalmalıdırmı?

Böyükağa Hacıyevlə bağlı TÖVSİYƏmiz yoxdu. Məşqçilər Komitəsinin iclaslarına belə gəlməyən bu adam quruma susdurulmaq üçün cəlb olunub. Müsahibələri, açıqlamaları ilə gündəm yaradan Böyükağa bəyin hansısa sahədə uğurlu olacağına inanmırıq. Baxmayaraq ki, bu şəxs üçqat Azərbaycan çempionudu.

Komitə mütləq ləğv edilməli, üzvlər müxtəlif işlərə, faydalı olacaqları postlara yönəldilməlidi. Şahin Diniyev nümunəsi göstərdi ki, bura cəlb olunanlar potensiallı şəxslərdi. “Kəpəz”i yoxdan yaradıb, avrokubok tarixində ilk dəfə mərhələ adladan Şahin bəy məhdud büdcəylə böyük işlər görür. Eyni uğura Sadıqov da, Mircavadov da, Qəribov da nail ola bilər.

Ümumiyyətlə, ölkə futboluna fayda verə biləcək, lakin buxovda saxlanılan insanlar yalnız Məşqçilər Komitəsində deyil. Azərbaycan futbolunda nəticə verməyi bacaran ilk şəxslərdən olmuş Tahir Süleymanovun da potensialından yararlanmaq lazımdı. Futbol idarəşiliyində saç ağartmış Yaşar Seyidov Hafiz Məmmədovun günahlarına görə kənarda qalmamalıdı. Unutmayın ki, ölkə futbolunu Fuad Musayev bəlasından qurtarıb, sizləri indi kreslo sahibi edən məlum üsyan zamanı əsas bayraqdar məhz o insan idi. Həkimlərə seminar keçmək üçün xaricdən hansısa baytar gətirdiyiniz halda ölkə futbolunda can qoymuş Boris Xetaqurobu unutmağınız da ayıbdı. Siyahını o qədər uzatmaq olar ki…

Yox, bu insanlar üçün daha bir komitə yaradıb, onları zərərsizləşdirməyin, dostlarınızı, qohumlarınızı rədd edib, əsl mütəxəssisləri işə cəlb edin ki, dövlətin xərclədiyi milyonlar futbolumuzun xəstəliyinə məlhəm olsun.

CAVAD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm