Ölkə futbolu
"İnter" Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcav&…
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Futbolinfo.az xəbər verir ki, bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Bu gün "İnter" Peşəkar İdman Klubunun kənar idarəçisi Rəmiş Malıyev, "İnter" futbol komandasının baş məşqçisi Zaur Svanadze, məşqçi heyəti və futbolçuları, o cümlədən klubun digər nümayəndələri "Ana Fəryadı" abidəsinin önünə gül-çiçək dəstələri qoydular və faciədə həlak olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Allah rəhmət eləsin!