Premyer-liqa
Kapitan 250-yə çatdı
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premy…
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının 20-ci turunda yubiley qeyd edib. Futbolinfo.az xəbər verir ki, müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib.
Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…