Dünya futbolu
Luis Enrike "Barselona"dan ayrılacağını açıqladı
"Barselona"nın baş məşqçisi Luis Enrike möv…
"Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda qərarını La Liqanın son turunda "Sportinq"ə qalib gəldikləri (6:1) oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:
"Gələn mövsümdən "Barselona"nı çalışdırmayacam. Bu cür qərar verməyimin səbəbi yorğunluqdu. Bu iş daima çalışmağı tələb edir. Mənim isə dincəlməyə ehtiyacım var".
2014-cü ildən "Barsa"nı çalışdıran Enrikenin klubla müqaviləsinin müddəti 2017-ci ilin yayında başa çatır.
O, bu müddətdə Kataloniya klubuna 2 La Liqa çempionluğu, 2 İspaniya Kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, Uefa Superkuboku və Klublararası Dünya Çempionatını qazandırıb.