Dünya futbolu
Nağıyev oynadı, "Dnepr" ev oyununda xal itirdi – VİDEO
Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları ke&…
Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çernomorets"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
Hesabından 12 xal silinmiş "Dnepr" hazırda 8 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.