Dünya futbolu
Rüfət Dadaşov qol vurdu, komandası uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 23-cü turun oyunla…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda liderlər qrupunda qərarlaşmış "Enerji Kotbus"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. Oyunda hesabı da 17-ci dəqiqədə məhz Rüfət açıb. Amma komandası qalan dəqiqələrdə iki qol buraxmaqla məğlub olub.
Qeyd edək ki, "Moyzelvits" hazırda 24 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası