Ölkə futbolu
“Qəbələ” sentyabrda “dəyişəcək”
“Qəbələ”nin əsas komandası Premyer Liqada çemp…
“Qəbələ”nin əsas komandası Premyer Liqada çempionluq, əvəzedici və uşaq komandaları öz yarışlarında zirvə üşün mübarizə aparır. Klub isə öz növbəsində fəaliyyətini bir çoxlarına örnək olaraq davam etdirir.
Ötən həftəsonu “Qəbələ”nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov İspaniyada olub və yeni mövsüm üçün geyimlərin seçimini edib. 3 illik müqavilələrinin davam etdiyi geyim firması “Joma” ilə növbəti görüşdə yeni mövsümün geyimlərinin dizaynı və keyfiyyəti dəqiqləşdirilib.
Qış və yay geyimləri, eləcə də məşq formaları sifariş verilib. Oyun formaları yeni mövsümün əvvəlində eyni qalacaq, sentyabrın əvvəlində isə onların dəyişilməsi planlaşdırılır. Hazırda yeni dizayn üzərində işlər gedir. Yeni geyimlər klubun həm Qəbələdəki, həm də Bakıdakı fanşoplarında satışda olacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?